Accessibility links

ABŞ Çin hökumətini kiber hücumlara sponsorluq etdiyinə görə tənqid edir


Birləşmiş Ştatlar Çini kiber hücumlara görə tənqid edib. Vaşinqton federal işçilərinin məlumatlarına edilən hücumun arxasında Çin hökumətinin dayandığını iddia edir.

Maliyyə naziri Cek Lüi Çin rəsmiləri ilə iqtisadi və təhlükəsizlik məsələlərilə bağlı danışıqlar aparıb. O, görüşlə bağlı ətraflı açıqlama verməyib.

Obama administrasiyası kiber hücumunda Çin hökumətinin əli olduğunu birbaşa iddia etməsə də, lakin bəzi rəsmilər hadisəyə məhz bunun səbəb olduğuna əmindir.

Çin hökuməti iddiaları kəskin şəkildə rədd edir və ABŞ rəsmilərini və medianı hücumu törədənlərin kimliyi barədə şayələr yaydığını deyir.

Dövlət katibi Yanq Jieçi bildirib ki, Çin ABŞ-la kiber cinayətləriylə bağlı məsələlərdə yaxından işləməyə hazırdır.

ABŞ keçən il beş Çin hərbi rəsmisini Amerikanın nüvə, metal və günəş enerjisi şirkətlərinin kompyuterlərinə daxil olaraq ticari məlumatları oğurlamaqda ittiham edib.

Çin qəti şəkildə bu iddiaları rədd edərək, ABŞ-la kiber hücumlarına qarşı mübarizədə danışıqlara qatılmaqdan imtina etmişdi.

XS
SM
MD
LG