Accessibility links

Çin Əfqanıstana hərbi yardım göndərib


Əfqanıstan Çinin ilk hərbi ləvazimat yardımını qəbul edib. Bu, Pekinin Kabilin terrorla mübarizə kampaniyasına milyonlarla dollarlıq yardım öhdəliyinin bir hissəsi kimi baş tutub.

Rusiya yük təyyarəsində Kabilə çatan yardımı Çin səfiri Yao Cinq Əfqanıstan Milli Təhlükəsizlik müşaviri Hənif Atmara təhvil verib.

Göndərilən yardımın içərisindən bir çox başqa təchizatlarla yanaşı, logistic ləvazimatlar, hərbi maşınların ehtiyat hissələri və Əfqan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri üçün silahlar və partlayıcı maddələr olub.

Cinq deyib ki, Pekin Əfqanıstan hökuməti və xalqı ilə müntəzəm və normal əlaqələr qurmaq istəyir və buraya hərbi əməkdaşlıq da daxildir.

“Əfqanıstan bizim yaxın və çox mühüm qonşumuzdur. Ona görə də bu, bizim müntəzəm hərbi mübadilə və əməkdaşlığımızın başlanğıcıdır” – deyə səfur Cinq bildirib.

Atmar isə yardım barədə ətraflı məlumat verməyi təkzib edərək bildirib ki, belə hərbi hadisələr məxfilik tələb edir. O deyib ki, bu hadisə Çin və Əfqanıstanda oxşar terror hədələrinin həllinin birgə olduğunu göstərir.

XS
SM
MD
LG