Çinin dövlət mediası onlarla şəhərdə nümayiş keçirməyə cəhd göstərən adamları küçə dilənçilərinə bənzədib. Çin rəsmiləri iddia edirlər ki, ictimaiyyət Yaxın Şərqdə olduğu kimi üsyan təşkil etmək istəyən qüvvələrin susudurulmasını istəyir.
Bazar ertəsi Kommunist partiyasının orqanı olan Global Times-ın baş məqaləsində Pekin, Şanxay və 11 başqa şəhərdə düzənlənən nümayiş cəhdlərini “ifaçılıq sənəti” adlandıraraq hökumətin geniş ictimai dəstəyə malik olduğunu bəyan edib. O biri tərəfdən isə öz dəstəyinə arxayın olduğunu deyən hökumət internetdə planlaşdırılmış nümayiş yerlərində on minlərlə təhlükəsizlik qüvvələrini səfərbər edib.