Accessibility links

Çin Koreya yarımadasında sülhə çağırır


Lakin Ven Ciabao Yaponiya və Cənubi Koreya liderlərinə qoşularaq insidentə görə Şimali Koreyanı günahlandırmaqdan və BMT Təhlükəsizlik Şurasını Pxenyana qarşı ölçü götürməyə çağırmaqdan boyun qaçırdı

Çin baş naziri Ven Ciabao Yaponiya paytaxtına üç günlük səfərə başlayıb. Burada Cənubi Koreya gəmisinin Şimali Koreya tərəfindən batırılması ilə bağlı onun kommunist dövlətə qarşı mövqe tutmaq yönümündə əlavə təzyiqlərlə üzləşəcəyi gözlənilir. Cənab Ven Tokyoya Cənubi Koreyanın kurort adası olan Cecudan gəlib. Orada o, Yaponiya baş naziri Yukio Hatoyama və Cənubi Koreya prezidenti Li Myunq bakla sammit keçirmişdi. Cənab Ven Koreyalar arasında müharibənin qarşısını almağın vacib olduğunu bildirdi. Lakin o, Yaponiya və Cənubi Koreya liderlərinə qoşularaq insidentə görə Şimali Koreyanı günahlandırmaqdan və BMT Təhlükəsizlik Şurasını Pxenyana qarşı ölçü götürməyə çağırmaqdan boyun qaçırdı. Çin Şimali Koreyanın yeganə böyük müttəfiqidir.

XS
SM
MD
LG