Accessibility links

Çin və Almaniya liderləri Berlində görüş keçirib


Çin və Almaniya liderləri Berlində görüş keçirib
Çin və Almaniya liderləri Berlində görüş keçirib

Çinin baş naziri Ven Ciabao Avropaya səfərinin sonuncü dayanacağı olan Almaniyada kansler Angela Merkellə görüşüb. Xanım Merkel bazar ertəsi cənab Veni Berlində qarşılayıb. Liderlər növbəti bir neçə il ərzində iki ölkə arasında ticarət əlaqələrini inkişaf etdirməyə vəd veriblər. Sonra onlar ilk dəfə nazirlər səviyyəsində birgə iclas keçiriblər. Baş nazir Ven rəsmilərə Avropa İttifaqının bəzi ölkələrinin üzləşdikləri iqtisadi problemlərin müvəqqəti xarakter daşıdığına inandığını bildirib. Cənab Venin Avropaya səfəri Çində tanınmış dissident Hu Cia və fəal Ai Veiveinin azadlığa buraxılması ilə eyni vaxta təsadüf edir.

XS
SM
MD
LG