Accessibility links

Çində məktəblilərə yenidən hücum olub


Çində məktəblilərə yenidən hücum olub
Çində məktəblilərə yenidən hücum olub

Naməlum şəxs çəkic ilə bir qrup məktəbliyə hücum edəndən sonra özünü öldürüb

Çinin dövlət nəzarətində olan mediasının məlumatına görə, naməlum şəxs bu gün çəkic ilə bir qrup məktəbliyə hücum edəndən sonra özünü öldürüb. Rəsmi Şinxua xəbər agentliyi bildirir ki, o, Veyfanqdakı Şanqcanq ibtidai məktəbinə daxil olaraq 5 məktəbliyə xəsarət yetirib. Sonra isə o, iki uşağı əlində tutaraq öz üzərinə benzin töküb və özünü yandırıb. Şəhər icra hakimiyyətinin sözçüsü Şinxuaya bildirib ki, müəllimlər uşaqları xilas edə bilib. Xəstəxanaya götürülən məktəblilərin artıq ölüm təhlükəsi yoxdur. Dünən Canqsu vilayətindəki məktəbdə baş vermiş oxşar hadisə zamanı 28 nəfər yaralanmışdı. Onlardan 5-nin vəziyyəti ağırdır.

XS
SM
MD
LG