Accessibility links

Çində "Böyük İpək yolu" sammiti keçirilib[Video]


Çində "Böyük İpək yolu" sammiti keçirilib
please wait

No media source currently available

0:00 0:02:12 0:00

Çində "Böyük İpək yolu" sammiti keçirilib

Bazar ertəsi Pekinin “Yanqi Lake” Beynəlxalq Konvensiya mərkəzində “Böyük İpək yolu” sammiti keçirilib. Sammitdə dövlət başçıları, hökümət rəsmiləri və beynəlxalq təşkilat nümayəndələri iştirak edib.

Xi Yinpinq 3 il öncə Böyük ipək yolu təşəbbüsü ilə çıxış edərkən ümumdünya səviyyəsində ticarət və əlaqlərəin genişlənməsini planlaşdırırdı.

Bu ideya hələ də qalmaqdadır. Lakin, Pekində keçirilən 2 günlük form məqsədin daha geniş olduğunu göstərdi.

Böyük ipək yolu layihəsi ilə Çin beynəlxalq əməkdaşlıq və qloballaşma prosesində öz əhəmiyyətini artırmaq istəyir. Lakin bir çox ölkə layihəyə qoşulmaqda o qədər də həvəsli deyil.

Çin proteksionizmi tənqid edərək azad bazarın vacibliyini bildirsə də, ölkəsində fəaliyyət göstərən xarici şirkətlərə qarşı yaratdığı məhdudiyyətlər çoxlarını layihəyə sübhə ilə yanaşmağa vadar edir.

ABŞ və Şimali Koreyadan olan nümayəndələrdə daxil olmaqla tədbirdə 100-dən çox ölkə və təşkilat nümayəndələri iştirak ediblər.

Rusiyanın Prezidenti Vladimir Putin də tədbirə qatılan yüksək-rütbəli iştirakçılar arasında olub. Putin Prezident Xi ilə görüşünü gözləyərkən pianinoda ifa edib. Bu da Şimali Koreyasının son raket sınağının həyata keçirdiyi günə təsadüf edib.

Çin Böyük İpək yolu formunda iştirak edən ölkələrin 270-ə yaxın məqsədi bir arada tutan fəaliyyət planı ilə razışladığını bildirib. Bu plana görə 2019-cu ildə daha bir toplantı keçiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG