Accessibility links

Çində "Böyük İpək yolu" sammiti keçirilir


Bazar ertəsi Pekinin “Yanqi Lake” Beynəlxalq Konvensiya mərkəzində “Böyük İpək yolu” sammiti keçirilir. Sammitdə dövlət başçıları, hökümət rəsmiləri və beynəlxalq təşkilat nümayəndələri iştirak edir.

Çin prezidenti Xi Yinpinq, Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, Yunanıstan prezidenti Aleksis Tspiras və Dünya Bankının rəhbəri Jim Yonq Kim də tədbirə qatılanlar arasındadır.

2 gün boyunca davam edəcək sammitdə Asiya və Avropada terrorçuluqla mübarizə və sıx əməkdaşlıq nəticəsində qlobal iqtisadi inkişafa nail olmaq yolları müzakirə olunacaq.

Çin “Böyük İpək yolu “nun bərpası təşəbbüsünün reallaşmasına 124 milyard dollar vəd edib.

Bu yol Çini Afrika, Asiya və limanlar şəbəkəsi və dəmir yolları vasitəsi ilə Avropa ilə birləşdirəcək.

XS
SM
MD
LG