Accessibility links

Çinin yeni inkişaf zonası [Video]


Çinin yeni inkişaf zonası
please wait

No media source currently available

0:00 0:02:16 0:00

Çinin yeni inkişaf zonası

Bu yaxınlarda Çinin prezidenti Şi Tsinpinq paytaxt Pekinin cənub-qərbində böyük, dənizə çıxışı olmayan sahəni müasir, texnoloji baxımdan inkişaf etmiş iqtisadi zonaya çevriməklə bağlı iddialı planını açıqlayıb. Bəziləri deyir edir ki, Şionqan Yeni Sahə layihəsi həyata keşməsə, baha başa gələn böyük bir yanlış olacaq.

Şionqan şəhərinin inkişaf planı yerinə yetiriləndən sonra o, Nyu York şəhərindən üç dəfə böyük olacaq.

Dövlət orqanları hələ ki, nohurun olduğu ərazi ilə bağlı planı tərtib etməyə davam etsələr də, layihənin yaratdığı təsirlər artıq hiss olunur.

Bu ayın əvvəli layihə planı açıqlanandan sonra daşınmaz əmlak qiymətləri artdı, rəmsilər isə daha öncə görülmətyən bir addım ataraq bazarı tamamilə bağladı.

Daşınmaz əmlak satışı ilə birlikdə inşaat da dayandırılıb. Bir çox mövcud böyük icmaların gələcəyi isə qeyri-müəyyəndir. Yerli sakinlər isə deyir ki, son aylarda nizamlamalar da artıb.

“Mən ötən il 400 kvadrat metrlik ev tikdirmişəm, amma hələ də, evə köçə bilmirəm. Evim söküləcək. Rəsmilər hələ ki, heç nə deməyiblər, amma mən evi sökəcəklərindən əminəm.

“Şayiələr artıq ötən il artıq gəzməyə başlamışdı. Biz nə baş verdiyini bilmirik. Birinci əkib becərməyimizə icazə verilmədi, indi isə ev tikməyə. Bu, normal deyil.”

“Bəzi daşınmaz əmlak təhlilçiləri deyir ki, dövlət orqanları özəl bina inşasına qadağanı həmişəlik tətbiq edə bilər və beləcə ərazidəki daşınmaz əmlak bazarına nəzarət Çin hökümətinin əlinə keçəcək.

Bəziləri kapital axınından faydalanacaq.

Təhlilçilər deyir ki, layihənin həyata keçirilməsi üçün tələb olunan sərmaye Çinin illik iqtisadi artımını təxminən bir faiz artıra bilər.

Bir çox yerli sakin isə onların maraqlarına məhəl qoyulmadığını düşünür.

“Planı eşidəndən sonra mən ağlamaq istəyirdim. Günlərdir mən nə yeyirəm nə içirəm. Mən bir ömrün yarısı qədər işləmişəm, indi isə bunların hamısı boşa gedəcək.”

Dövlət orqanlarının bu narahatlıqları necə həll edəcəyi məlum deyil. Amma hələ ki, diqqət daha böyük mənzərəyə ayrılır.

Çinin şimal hissəsi uzun zamandır aparıcı iqtisadiyyatı və bir çox sahədə innovator olan cənubdan geridə qalır. Hərçənd ki, rəsmilər bu zonanın artım üçün yeni model olacağına ümid bəsləsələr də, bəzi tənqdiçilər deyir ki, bazara dövlət tərəfindən nəzarət əvvəl axır iflasa uğrayacaq.

XS
SM
MD
LG