Accessibility links

Çində ev dustaqlığı yaşayan Liu Şia Almaniyaya gedib


Çinli dissident və Nobel Sülh Mükafatı laureatı Liu Şiaobonun dul xanım Liu Şia səkkiz ilini ciddi ev dustaqlığında keçirdikdən sonra çərşənbə axşamı Almaniyaya gedib.

Çin höküməti sözçüsünün verdiyi məlumata görə, Liu Şianın Pekini tərk etməsinə səbəb onun tibbi müalicə almaq istəməsidir. Lakin Şianın qardaşı Liu Hui sosial şəbəkələrdə bacısının Avropada yeni həyata başlamağı planlaşdırdığı üçün Çini tərk etdiyini yazıb.

Liu Şia yazıçı, ədəbiyyat tənqidçisi və intellektual həyat yoldaşı Liu Şiaobonun Nobel Sülh Mükafatı almasından sonra 2010-cu ildə ev dustaqlığına məhkum edilmişdi.

Liu 2009-cu ildə Çinin birpartiyalı sisteminə son verməyə çağıran siyasi manifestin yazılmasına kömək etdiyi üçün təxribat ittihamı ilə 11 il həbs cəzası almışdı.

Nobel mükafatı laureatı bir il əvvəl uzun sürən xərçəng xəstəliyi səbəbindən 61 yaşında vəfat etmişdi.

XS
SM
MD
LG