Accessibility links

Cəlal Talabani sabiq xarici işlər naziri Tariq Əzizin edam fərmanını imzalamayacaq


Cəlal Talabani sabiq xarici işlər naziri Tariq Əzizin edam fərmanını imzalamayacaq
Cəlal Talabani sabiq xarici işlər naziri Tariq Əzizin edam fərmanını imzalamayacaq

İraq prezidenti Cəlal Talabani sabiq xarici işlər naziri Tariq Əzizin edam fərmanını imzalamayacağını bildirib. Fransa tele-kanalına müsahibəsi zamanı İraqın dövlət başçısı Səddam Hüseyn reğiminin qabaqcıl şəxslərindən olan Əzizə acıdığını deyib. Cəlal Talabani 74 yaşlı Tariq Əzizin yaşına və xristian olduğuna görə ona belə münasibət bəslədiyini bildirib. İraqın Cinayət Məhkəməsi keçən ay Şiə siyasi partiya üzvlərinə göstərilən təzyiqlərdəki roluna görə ittiham edilən Əzizi asılmaqla edama məhkum etmişdi. BMT, Avropa İttifaqı və Vatikan sabiq xarici işlər nazirinin əfvinə çağırır.

XS
SM
MD
LG