Accessibility links

Klinton və Sakit okeanı ölkələrinin liderləri gender bərabərliyinə çağırır


ABŞ Dövlət katibinin Hillari Klinton bu ölkələrin liderlərinə qoşularaq, gender bərabərliyi, o cümlədən qadınlar və kişilərin sosial, iqtisadi və siyasi həyatın bütün sahələrində bərabərliyinə çağırıb.

Sakit okeanı adalarının forumunda iştirak edən xanım Klinton 16 ölkənin nümayəndəsi ilə şənbə günü Kuk Adalarında regionda gender bərabərliyi sahəsində inkişafın ləng getdiyi qeyd edilən birgə bəyanata imza atıb. Forum iştirakçıları qadınlara qarşı zorakılıq, iqtisadi imkanların məhdudluğu və Sakit okeanı ölkələrində qanunvericilik orqanlarında qadınların bəyanatda qeyd edildiyi kimi dünyada ən aşağı səviyyədə təmsil olunması daxil olmaqla bir sıra məsələləri ünvanlamağa söz veriblər.

Kuk Adaları Dövlət katibi Klintonun Çin, Bruney, Şərqi Timor və Rusiyada da daxil olmaqla Sakit okeanı hövzəsinə turunun ilk dayanacağıdır. Onun səfər edəcəyi növbəti ölkə İndoneziyadır.

Dövlət Departamentinin bildirdiyinə görə, xanım Klinton Cakartada rəsmilərlə təhlükəsizlik, iqtisadiyyat və texnologiya sahələrində ikitərəfli əlaqələrin gücləndirilməsinə çağıran ABŞ-İndoneziya tərəfdaşlığı planını müzakirə edəcək.

Cümə günü Dövlət katibi Klinton Sakit okeanı regionunda davamlı inkişaf, iqlim dəyişikliyi və dəniz hövzəsinin qorunması məqsədilə ABŞ-ın 32 milyon dollar məbləğində yeni vəsait ayırdığını elan edib.
XS
SM
MD
LG