Accessibility links

Vladimir Putin ictimaiyyətə və müxalifət partiyalarına müraciət edib


Baş nazir Vladimir Putin Rusiya vətəndaşlarını minlərlə insanı nümayişlərə sürükləyən və milləti parçalayan siyasi kin-küdurətdən əl çəkməyə çağırıb.

Cənab Putin seçkilərdən sonra yüksəlmiş emosiyanı və siyasi müharibəni geridə qoymağın zamanının çatdığını dilə gətirib. O, əlavə edərək bildirib ki, indi bütün siyasi partiyaların məqsədi qüvvələrini toplayaraq Rusiya vətəndaşlarının güzaranını yaxşılaşdırmaq yolunda bərabər çalışmaqdır. Bu gün Vladimir Putin parlamentin aşağı palatası-Dövlət Duması qarşısında baş nazir qismində sonuncu illik çıxışını edib. May ayının yeddisində o, üçüncü dəfə prezident kimi and içəcək. Baş nazir Putin eyni zamanda son illər ciddi çətinliklərlə üzləşən Rusiya iqtisadiyyatına diqqətini yönəldəcəyini deyib.

XS
SM
MD
LG