Accessibility links

Con Kerri Banqladeşdə səfərdədir


ABŞ dövlət katibi Con Kerri iqtisadi inkişaf, terrora qarşı mübarizə və iki ölkə arasında münasibətləri müzakirə etmək üçün bazar günü Banqladeşə səfər edib.

Kerrinin dövlət rəsmiləri ilə görüşünün diqqət mərkəzində qlobal məsələlər, əsasən də təhlükəsizlik və insan haqları yer alacaq.

Səfər Banqladeşdə polis paytaxt Dəkkəyə yaxın bir yerdə militantların sığınacağında reyd keçirərək, üç islamçı terroristi öldürəndən iki gün sonraya təsadüf edir. Ölənlər arasında ötən ay xarici vətəndaşlarla dolu kafeyə hücumu törətməkdə şübhəli bilinən şəxs olub.

Qısa bir müddət Dəkkədə qaldıqdan sonra Kerri Hindistanın yüksək vəzifəli rəsmiləri ilə görüşmək üçün Yeni Dehliyə səfər edəcək.

Danışıqlara münaqişəli Kəşmir ərazisi daxil olacaq ki, orada iyul ayından bəri etirazçılar və Hindistan qüvvələri arasında gedən toqquşmalar nəticəsində onlarla mülki vətəndaş öldürülüb.

Kəşmir son bur neçə həftə ərzində bağlanıb, regionun böyük bir hissəsində kommendant saatı tətbiq edilib. Məktəblər və marketlər bağlanıb və genişmiqyaslı qıtlıq olduğu deyilir.

Ağırlaşan təhlükəsizlik vəziyyətini nəzarətdə saxlamaq üçün 12 il öncə zorakı separatçı qiyamı sakitləşdiriləndən sonra regionu tərk edən Hindistanın yarımhərbi qrupları yenidən regiona geri dönüb.

Kəşmir Hindistan və Pakistan arasında bölünüb, amma hər iki ölkə regionun bütün hissəsinin onlara aid olduğunu iddia edir. Dehli Kəşmirdəki yeni iğtişaşa görə Pakistanda fəaliyyət göstərən islamçı qrupları günahlandırır.

XS
SM
MD
LG