Accessibility links

Con Kerri ABŞ və Səudiyyə Ərəbistanı arasında əlaqələrin möhkəm olduğunu deyib


ABŞ Dövlət katibi Con Kerri deyib ki, Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanı Suriyada hadisələrlə bağlı ümumi razılığa gəlib. O, Vaşinqton və Ər-Riyad arasında möhkəm strateji münasibətlərin olduğunu əlavə edib.

Con Kerri bu açıqlamaları bazar ertəsi günü Səudiyyə Ərəbistanı kralı Abdulla ilə görüşün ardınca Xarici İşlər naziri Səud Əl-Feysəllə görüşdən sonra verib.

ABŞ-ın baş diplomatı Ər-Riyada Birləşmiş Ştatlarla Səudiyyə Ərəbistanı arasında Suriya və İrana yönəlik siyasətlə bağlı fikir ayrılıqlarından mövcud olduğu vaxt səfər edib.

Xarici İşlər naziri Səud Əl-Feysəl deyib ki, taktiki fərqliliklərə baxmayaraq, Səduiyyə Ərəbistanı və ABŞ Suriya ilə bağlı eyni mövqeyi bölüşür. O həmçinin Con Kerriyə deyib ki, dostlar arasında münasibətlər nəzakətdən daha çox, səmimiyyət, açıqlıq və düzlülüyə əsaslanmalıdır.

Görüşdən öncə cənab Kerri Səudiyyə Ərəbistanını Ərəb dünyasında "əsas oyunçu" adlandırıb. Dövlət katibi ABŞ-ın Ər-Riyaddakı səfirliyində çıxışında deyib ki, iki dövlət münasibətlərin qaydasına düşməsini təmin etmək üçün mühüm məsələləri müzakirə etməlidir.

O habelə ABŞ-ın İrana yönəlik mövqeyini təkrar edərək bildirib ki, Tehranın nüvə silahı istehsal etməsinə icazə verilməyəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG