Accessibility links

Con Kerri Tramp prezident olduqdan sonra fikirlərini açıq danışacağını deyir


Prezident seçilmiş Donald Trampın dünya məsələləri ilə bağlı noyabrdan bəri tvitləri hazırkı dövlət katibinin mövqeyini zəiflədibmi?

Dövlət Departamentində keçirdiyi mətbuat konfransında Con Kerri sualı şərh etməkdən boyun qaçırıb.

Heç kəs növbəti adminsitrasiyanın hansı seçimlər edəcəyini proqnozlaşdıra bilməz. Çoxlarını maraqlandıran sual budur: 'Onlar bilirlərmi?'”

Səlahiyyət müddətinin bitməsinə iki həftə qalmış Kerri hələ qarşıda onu bir neçə səfər və işlərin gözlədiyini bildirib.

Trampın 20 yanvardakı inaqurasiyasından sonra “mənim demək üçün çoxlu imkanlarım olacaq, və mən bunu lazımi vaxtda edəcəyəm,” o, əlavə edib.

Mətbuat konfransında Kerri əsasən administrasiyanın nailiyyətlərindən danışaraq İranla nüvə anlaşmasından tutmuş Paris iqlim dəyişikliyinədək əldə olunan razılıqları vurğulayıb.

“Heç kəs növbəti adminsitrasiyanın hansı seçimlər edəcəyini proqnozlaşdıra bilməz,” Kerri deyib. “Çox adamları maraqlandıran sual budur: “Onlar bilirlərmi?”

Tramp demək olar ki, hər gün Tvitterdə gələcə siyasətə dair bəyanatlar verib ki, bunlardan bəziləri hazırkı ABŞ mövqeyindən radikal şəkildə fərqlənir.

Trampın istifadə etdiyi 140 işarəlik tvitlər xarici siyasət apparatının indəyədək işlətdiyi yazılı nitqlər və uzun təhlillər metodu ilə təzad təşkil edir.

XS
SM
MD
LG