Accessibility links

Con Kerri ukraynalıların çoxunun avrointeqrasiyaya dəstək verdiyinə inanır


ABŞ Dövlət katibi Con Kerri Ukrayna hökumətini xalqın səsinə qulaq asmağa çağıraraq, ölkə əhalisinin böyük hissəsinin Rusiya ilə deyil, Qərbi Avropa ilə yaxınlaşma kursuna dəstək verdiyini deyib.

Con Kerri Yanukoviçin Rusiyanın xeyrinə imtina etdiyi avrointeqrasiyaya dəstək nümayişlərinin çox sayda insanı cəlb etdiyini qeyd edib. Brüsseldə NATO ölkələrinin xarici işrlə nazirlərinin iclasında iştirak etən Con Kerri deyib ki, prezident Yanukoviçin şəxsən verdiyi qərar əhalini razı salmayıb. “Biz insanların Avropa ilə yaxınlamaya tərəfdar olduğuna parlaq misallar görürük. Biz öz ölkələri üçün belə gələcək istəyən əksər ukraynalıları dəstəkləyirik”-deyə Con Kerri mətbuat konfransında bildirib.

ABŞ Dövlət katibi tərəfləri təmkin göstərməyə çağırıb:”Biz Ukrayna hökumətini azadlıq, tərəqqi və geniş imkanların verildiyi şəraitdə yaşamaq istəyən xalqın səsini dinləməyə çağırırıq. Biz bütün tərəfləri təmkin göstərməyə səsləyirik. Avropa dövlətində zorakılığa yer yoxdur.”

NATO ölkələrinin xarici işlər nazirləri keçirdikləri iclasda Ukraynada nümayişçilərə qarşı ifrat gücdən istifadə edilməsini qınayaraq, bütün tərəfləri yeni toqquşmalara yol verməməyə çağırıb.

Con Kerri əlavə edib ki, yaranmış vəziyyətdən çıxış yolunu Ukrayna xalqı və ölkə liderləri özləri tapmalıdır:”Bu problemi Ukrayan xalqı öz liderləri ilə həll etməlidir, liderlər isə xalqın səsini dinləməlidir.”

ABŞ Dövlət katibi ATƏT-in xarici işlər nazirlərinin Ukraynada keçiriləcək zirvə görüşünə qatılmamaq qərarını verib. Con Kerri qonşu Moldovada və keçən həftə Avropa İttifaqı ilə yaxınlaşma haqda razılığa imza atmış Gürcüstana səfər edib. ATƏT-in xarici işlər nazirlərinin Kiyevdə sammitində Dövlət katibinin yardımçısı Viktoriya Nuland iştirak edəcək.
XS
SM
MD
LG