Accessibility links

ABŞ Dövlət Katibi Kerri və Prezident Əliyev görüşdülər [Video]


ABŞ Dövlət Katibi Kerri və Prezident Əliyev görüşdülər
please wait

No media source currently available

0:00 0:02:30 0:00

ABŞ Dövlət Katibi Kerri və Prezident Əliyev görüşdülər

Tərəflər Dövlət Departamentində bəyanatla çıxış ediblər

ABŞ Dövlət Katibi Con Kerri Vaşinqtonda Prezident İlham Əliyevlə görüşüb. Görüş əsnasında onlar bəyanatla çıxış ediblər.

“Mən Prezident Əliyevi Dövlət Departamentində qarşılamaqdan məmnunam," Kerri bildirib. "Bizim ölkələrimiz arasında ortaq maraqlar var. Biz Azərbaycana Əfqanıstandakı sülhməramlı missiyaya verdiyi töhfələrə görə minnətdarıq.”

Biz Dağlıq Qarabağ dondurulmuş münaqişəsinin həll olunmasını görmək istəyirik – bu, danışıqlar yolu ilə həll olunmalıdır.
Con Kerri, ABŞ Dövlət Katibi

Azərbaycanın mürəkkəb regionda yerləşdyini önə çəkən Kerri prezident Əliyevə Cənub Qaz Dəhlizi layihəsində sərgilədiyi liderliyə görə təşəkkür etdi. ABŞ rəsmisi bu dəhlizin Avropanın enerji təchizatında önəmli rol oynadığını bildiridi.

“Bizim başqa maraqlarımızı da var - əks-terrroizm. Habelə biz Dağlıq Qarabağ dondurulmuş münaqişəsinin həll olunmasını görmək istəyirik – bu, danışıqlar yolu ilə həll olunmalıdır.”

ABŞ Dövlət Katibi Con Kerri Prezident İlham Əliyevlə görüşür
ABŞ Dövlət Katibi Con Kerri Prezident İlham Əliyevlə görüşür

Öz növbəsində çıxış edən Prezident İlham ƏIliyev Vaşinqtona dəvətə görə president Barak Obamaya təşəkkürünü bildirdi və ölkələr arasında yaxın və mehriban münasibətlər olduğunu vurğuladı.

"Bizim aramızdakı iqtisadi əməkdaşlıq inkişaf edir. ABŞ şirkətləri Azərbaycanda $10 milyarddan çox investisisya qoyublar.”

Bizim aramızdakı iqtisadi əməkdaşlıq inkişaf edir. ABŞ şirkətləri Azərbaycanda $10 milyarddan çox investisisya qoyublar.
İlham Əliyev, Azərbaycan Prezidenti

Daha sonra Prezident Əliyev ortaq enerji layihələri və Cənub Qaz Dəhlizinin inşası haqda danışdı.

“Biz ABŞ hökumətinin Azərbaycanla Ermənistan arasında uzun münaqişənin həllində göstərdiyi səylərə görə minnətdarıq. Biz hesab edirik ki, bu konflikt erməni qüvvələrininin ərazilərimizdən dərhal və qeyd şərtsiz çıxarılmasını tələb edən BMT qətnamələri əsasında həll edilməlidir.”

Azərbaycanın 100-ə yaxın sülhməramlı əsgərinin Əgqanıstanda xidmət etdiyini önə çəkən İlham Əliyev Azərbaycanla ABŞ arasında bir sıra sahələrdə əməkdaşlıq olduğunu qeyd etdi.

Prezident İlham Əliyev bu həftə Vaşinqtonda keçirilən nüvə sammitində iştirak etmək üçün Birləşmiş Ştatlarda səfərdədir.

XS
SM
MD
LG