Accessibility links

Con Kerri Vyetnamda səfərdədir


Cümə günü ABŞ Dövlət katibi Con Kerri Vyetnamın Ho Çi Min Universitetində toplanan auditoriyaya deyib ki, ABŞ-da baş verən administrasiya dəyişikliyi iki ölkə arasında əlaqələrə heç bir təsir göstərməyəcək.

Kerri ABŞ-da rəhbərliklə birlikdə iki ölkə arasında dəyişəcək dəyərlərin olmadığını bildirib.

Bizim dostluğumuz fədrlər və ya şəxsiyyətlər, bir və ya başqa bir prezidentdən, və ya partiyalardan asılı deyil. Bizim dostluğumuz bölüşdüyümüz maraqlara və gələcəklə bağlı üzərində razılaşdığımız dəyərlər əsaslanır.
Con Kerri

“Bizim dostluğumuz fədrlər və ya şəxsiyyətlər, bir və ya başqa bir prezidentdən, və ya partiyalardan asılı deyil. Bizim dostluğumuz bölüşdüyümüz maraqlara və gələcəklə bağlı üzərində razılaşdığımız dəyərlər əsaslanır”, deyə o bildirib.

Kerri həmçinin prezidentliyə seçilmiş Donald Trampın Trans Sakit Okean Tərəfdaşlığının əleyhinə olduğu üçün, gələn həftə vəzifəsinin icrasına başlayandan sonra razılığı ləğv edə biləcəyini qeyd edib, lakin əlavə edib ki, işlərin itirilməsinə ticarət razılıqları deyil, texnologiya yol açır.

“İndi avadanlıqlar daha çox iş görə bildiyi üçün, məhsuldarlıq artır və əməyə tələbat başqa sənayelərə yönəlir. Bu da, proteksionist siyasətlə məşğul olmağın əsas səbəblərindən biridir, amma bu siyasət heç bir nəticə göstərməyəcək”, deyə o bildirib.

Kerri həmçinin Cənubi Çin Dənizindəki son gərginliklərlə bağlı da danışıb. O, ABŞ-ın digər dövlətlərin ərazi iddiaları ilə bağlı heç bir mövqeni dəstəkləmədiyini, amma tərəfləri “provokativ” addımlar atmamağa çağırdığını deyib.

“Biz regiondakı böyük və kiçik bütün ölkələrə və onların gərginliyi artıran və ya regionda daha da geniş hərbiləşməyə səbəb olacaq provokativ addımlardan uzaq durmaları olduqlarına inanırıq”, Kerri deyib.

Hazırda Çin və Vyetnam daxil olmaqla altı ölkə dənizin bir hissəsinə iddia irəli sürür.

Şənbə günü Kerrinin Vyetnam Müharibəsi zamanı döyüşdüyü Mekonga Deltasını ziyarət edəcəyi gözlənilir.

Vyetnamdan sonra Kerri Yaxın Şərqdə sülhlə bağlı konfransda iştirak etmək üçün Parisə, daha sonra isə Britaniyanın xarici işlər naziri Boris Consonla görüşmək üçün Londona səfər edəcək.

Dövlət katibi olaraq son səfərinin son dayanacağı olaraq isə Kerri İsveçrənin Davos şəhərində Ümumdünya İqtisadiyyat Forumunda iştirak edəcək.

XS
SM
MD
LG