Accessibility links

Con Kerri Çin prezidenti ilə Şimali Koreyanın nüvə proqramını müzakirə edib


ABŞ dövlət katibi Con Kerri Şiimali Koreyanin nüvə proqramı və başqa məsələlərin müzakirəsi zamanı Çin prezidenti Xi Cinpinqə hazırda hər iki ölkə üçün vacib dönəm olduğunu deyib.

Kerri Pekində Prezident Xi ilə görüşü Şərqi Asiya ölkələrinin qonşu Pxenyanın təhdidlərinin həyata keçib-keçməyəcəyini gözlədiyi vaxta təsadüf edib.

ABŞ diplomatı Şimali Koreyanın ən yaxın müttəfiqlərindən olan Çini öz təsir gücündən istifadə edərək Pxenyanı təhdidlərini geri götürməyə məcbur etməyə çağırıb.

Cənab Kerri habelə vurğulayıb ki, Çinin və qonşularının üzləşdiyi digər məsələlər İran, nüvə silahları, Suriyada üsyan və dünya boyu iqtisadi vəziyyətdir.

Son çıxışlarından birində prezidenti Xi birbaşa Şimali Koreyanının adını çəkməyərək demişdi ki, heç bir ölkənin öz eqoist maraqları üçün regionu və hətta bütün dünyanı xaosa sürükləməsinə icazə verilməməlidir.

ABŞ dövlət katibi bu gün Çinin xarici işlər naziri Vanq Yi ilə də görüşüb. Görüş zamanı, nazir sülhə, dialoqa və Koreya yarımadasının nüvəsizləşdirilməsinə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG