Accessibility links

2012-ci il tibb sahəsində Nobel mükafatı laureatlarının adları açıqlanıb


Yaponiya alimi Yamanaka və Britaniya mütəxəssisi Qurdon gövdə hüceyrələri sahəsində tədqiqatlara görə yüksək mükafata layiq görülüblər

2012-ci il tibb sahəsində Nobel mükafatı Yaponiya və Britaniya alimləri Şinya Yamanaka və Con Qurdona verilib. Alimlər gövdə hüceyrələri üzərində apardıqları tədqiqatlara görə bu yüksək mükafata layiq görülüblər.

Nobel mükafatı laureatlarının adları bu gün İsveç paytaxtı Stokholmda elan edilib.
Alimlərin nüvə maddəsinin yenidən proqramlaşdırılması sahəsində apardığı tədqiqatlar istənilən tocxumanın formalaşdırılmasına imkan verir.

Şinya Yamanaka Yaponiyada Kyoto Universitetində professordur. Con Qurdon isə Kembric universitetinin nəzdində Qurdon institutunda fəaliyyət göstərir.

Nobel mükafatları laureatlarının adlarının elan edilməsi həftəsi tibb sahəsində mükafatın qaliblərinin adlarının açıqlanması ilə başlayır.
XS
SM
MD
LG