ABŞ dövlət katibi Con Kerri Cənubi Qafqaza və Azərbaycana səfər etməyi çox istəyir. Amma səfərin dəqiq tarixi hələ məlum deyil”. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Amerikanın Səsinin sualının cavabında bildirib.
Səfir Morninqstar cəbhədə atəşkəsin pozulma halları iləı bağlı bildirib ki, ABŞ da daxil olmaqla ATƏT-in Minsk qrupunun həmsədrləri təmas xəttində gərginliyin artmaması, cəbhədə atəşkəsin pozulması halları baş verməməsi üçün çox səylə çalışır. “Dəfələrlə qeyd etmişəm, bir daha vurğulamaq istəyirəm ki, təmas xəttində hər bir insan itkisi faciədir. Bunun qarşısı alınmalı, belə hallara yol verilməməlidir. Bunu təmin etmək üçün isə münaqişə birdəfəlik nizamlanmalıdır. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik”, o qeyd edib.