Accessibility links

Corc Kluni insan haqları vəkili Amal Alamuddin ilə nişanlanıb


Həyatda inanılmaz şeylər baş verir və buna sübut nişan üzüyüdür. Deyilənə görə Corc Kluni Britaniyalı insan haqları vəkili və sevgilisi Amal Alamuddin ilə nişanlanıb.

US Weekly şahidlərə istinadən yazır ki, cütlük West Hollywood şəhərində, Craigs restoranında nişanlanmalarını qeyd edib.

Bundan bir qədər sonra onları Malibu şəhərinin Nobu sahil restoranında dostları Sindi Kravford və həyat yoldaşı Rendi Qerberlə bərabər görüblər.


TMZ-yə istinadən Amalın barmağındakı üzük nişan üzüyünə bənzəyirdi.

Görəsən 36 yaşlı Amal Kelli Preston, Steysi Keybler, Lusi Liu və Reni Zelverqdən sonra 52 yaşlı Hollivud ulduzunun son məhəbbəti ola biləcək?
XS
SM
MD
LG