Accessibility links

Məhkəmə Slovakiya baş nazirinə atəş açmaqda şübhəli bilinən şəxsin həbsinə qərar verib


Slovakiya müdafiə naziri Robert Kalinak.
Slovakiya müdafiə naziri Robert Kalinak.

Şənbə günü Slovakiya Baş naziri Robert Fitsoya sui-qəsd cəhdində ittiham olunan şəxs barəsində həbs qətimkan tədbirinin uzadılmasına qərar verilib. Rəsmilərin dediyinə görə, bir neçə güllə yarası alan Fitsonun vəziyyəti ciddi, amma stabildir.

Slovakiyanın İxtisaslaşdırılmış Cinayət Məhkəməsi şübhəlinin həbsdə qalmasına dair qərar çıxarıb. Belə ki, məhkəmə sözçüsünün bildirdiyinə görə, ittihamçılar onun sərbəst buraxılacağı təqdirdə qaça və ya başqa cinayətlər törədə biləcəyinə dair narahatlıqlarını ifadə ediblər. Şübhəli şəxs qərarla bağlı Ali Məhkəməyə şikayət verə bilər.

Rəsmilər bildirir ki, 59 yaşlı Fitso çərşənbə günü keçmiş kömür mədəni şəhəri olan Handlovada hökumət iclasından sonra tərəfdarları ilə görüşərkən qarın nahiyəsindən güllə ilə vurulub. Şübhəli şəxs beş dəfə atəş açandan sonra ələ keçirilərək, saxlanılıb.

İttihamçılar polisə şübhəli şəxsin kimliyini açıqlamamaları və işlə bağlı məlumatları yaymamalarına göstəriş verib, amma mediada yer alan təsdiq olunmayan məlumatlara görə, şübhəli şəxs həvəskar şair olaraq tanınan və bir zamanlar ölkənin cənub-qərbində alış-veriş mərkəzində mühafizəçi olaraq işləmiş 72 yaşlı pensiyaçıdır.

Hökumət orqanları bu təsvirə uyğun gələn təfərrüatlar paylaşıb. Onlar bildirib ki, şübhəli heç bir siyasi qrupa aid olmasa da, hücum özü siyasi motivli ola bilər.

Paytaxt Bratislava yaxınlığına yerləşən kiçik Pezinok şəhərindəki məhkəmə binası dəbilqə və balaklava geyinən və tüfəng daşıyan polis tərəfindən mühafizə olunub. KİV-in binaya daxil olmasına icazə verilməyib.

Şübhəli şəxs məhkəmə zalını nazilər Fitsonun vəziyyətinin aldığı bir neçə güllə yarası səbəbilə ölən toxumaları çıxarmaq üçün cümə günü iki saat davam edən əməliyyatdan sonra yaxşılaşdığını elan edəndən bir neçə saat sonra tərk edib. Ancaq Fitsonun vəziyyəti hələ də Bratislavada xəstəxanaya köçürüləcək qədər yaxşı deyil.

Slovakiyanın Markiza televiziya kanalının bildirdiyinə görə, polis cümə günü şübhəli şəxsi Levitse şəhərindəki evinə aparaq, orada kompyuter və bir neçə sənədi ələ keçirib. Polis bununla bağlı şərh verməyib.

Polis məsələ ilə bağlı səssizliyini qoruduğu bir vaxtda, şübhəli şəxsin silahı necə əldə etdiyi aydın deyil. Slovakiyada odlu silahla bağlı ciddi qaydalar var, insanların odlu silaha sahib olmaq üçün yaxşı səbəbləri olmalıdır və onların sınaqdan keçmələri tələb olunur.

Dünya liderləri hücumu pisləyib və Fitso və Slovakiyaya dəstəklərini təklif edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG