Accessibility links

Dünyada COVID-19-dan ölənlərin sayı 1 milyonu keçib


Dünyada COVID-19-dan ölənlərin sayı 1 milyonu keçib.

Con Hopkins Araşdırma Mərkəzinin bildirdiyinə görə, dünyada 33 milyondan çox insan infeksiyaya yoluxub.

BMT-nin baş katibi Antonio Quterreş dünyanı pandemiyanın yaratdığı fəsadların öhdəsindən gəlməyə və keçmişdə yol verilən yanlışlıqlardan dərs almağa çağırıb.

“Cavabdeh rəhbərlik mühümdür. Elm mühümdür. Əməkdaşlıq mühümdür. Yanlışlıqlar öldürücüdür” - deyə, baş katib bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, Çinin Uhan vilayətində baş qaldıran COVID-19-a yoluxanların sayı göstərildiyindən daha yüksəkdir.

Bütün bu göstəricilərin artdığı bir vaxt bir çox dünya ölkəsi virusun ikinci dalğası təhlükəsi qarşısındadır.

7.1 milyondan çox yoluxma halı və 205 min ölüm faktı ilə ABŞ birinciliyini saxlamaqdadır.

Vaşinqton Universitetinin Səhiyyə və Qiymətləndirmə İnstitutunun direktoru, doktor Kris Murrey CNN-ə oktyabr ayında ABŞ-da koronavirusa yoluxma hallarında "böyük bir artım" gözləndiyini, bunun noyabr və dekabr aylarında davam edəcəyini deyib.

Hindistan 6 milyondan çox yoluxma halı ilə ikinci, Braziliya isə 5 milyona yaxın yoluxmalarla üçüncü yerdədir.

Avropada koronavirusa yoluxmanın yeni dalğası bəzi ölkələrin hökumətlərinin yenidən məhdudiyyətlər tətbiq etməsinə səbəb olur.

Mart və aprel aylarında virusun episentri olan Nyu-York şəhərinin rəsmiləri Bruklin və Kvins kimi 8 rayonda epidemiyanın artacağından narahatdır.

Narahatlıqlar şəhərin məktəbləri açmağa başladığı vaxt baş qaldırıb.

Nyu-York ştatının qubernatoru Endrü Kuomo Nyu-York şəhərinin şimalında yerləşən Rokland və Oranc mahallarındakı vəziyyətlə bağlı narahatlığını ifadə edib.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin bildirdiyinə görə, 5 və 11 yaşlı uşaqlarla müqayisədə 12 və 17 yaşlı uşaqlarda yoluxma halları iki dəfə çoxdur. Lakin bu yoxlanışlar məktəblərin açılışından əvvəl həyata keçirilib. Uşaqların testlərdən az keçirilməsi ilə onlar arasında yoluxma sayı dəqiq olmaya bilər.

Qurum uşaqlarda xəstəlik simptomlarının orta olduğunu, hətta asimptomatik halların da müşahidə edilyiini bildirib.

ABŞ prezidenti Donald Tramp 150 milyon COVID-19 testslərinin keçiriləcəyinə vəd verib. O deyib ki, kütləvi və geniş test imkanları qocalar evlərindəki ahılların müdafiəsinə yardım etməklə yanaşı, məktəblərin təhlükəsiz şəkildə fəaliyyətini bərpa etməsinə yardım edəcək. Prezident bunun həm də iqtisadiyyatın inkişafına yol açacağını vurğulayıb.

Şərhlərə bax

XS
SM
MD
LG