Accessibility links

COVID-19 milyonlara uşağa peyvəndlərin çatıdırılmasına maneə törədir


BMT-nin Uşaq Fondu xəbərdarlıq edir ki, COVID-19-un yayılmasına qarşı alınan tədbirlər inkişaf etməkə olan onlarla ölkədə vaksinlərin göndərilməsinə maneə törədib və bunun nəticəsində milyonlarla uşağın həyatı risk altındadır.

Koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlər və tətbiq olunan karantin rejimləri vaksinlərin çatıdırmasına böyük əndəlr törədib. UNICEF ötən il 2.5 milyard doxa vaksin istehsal etdiyini və bunun 100 ölkədə beş yaşından aşağı uşaqların 45 faizi üçün yetərli olduğunu deyir.

Lakin idarə bildirir ki, bu vaksinlərin çoxu COVID-19 səbəbilə kommersiya və çarter reyslərinin dayandırılması səbəbiləanbarlarda qalıb. Onlar onlarla ölkədə vaksinlərin bitdiyini və 26 ölkənin xüsusi risk altında olduğunu, onların yarısından çoxunun isə Səhraaltı Afrikada yerləşdiyini bildirir.
UNICEF-in sözçüsü , Mariksi Merkado deyir ki, vaksinlərin göndərilməsinin çox baha başa gəlməsi problem daha da dərinləşdirir. O deyir ki, hazırda yükdaşıma qiymətləri əvvəlki ilə müayisədə 100-200 faiz yüksəkdir.

“Məhdud resursları olan ölkələr yüksək qiyməti olan bu vaksinlər üçün pul ödəməkdə çətinlik çəkəcək və nəticədə uşaqlar qızılca və poliomielit kimi vaksinlə qarşısı alına bilən xəstəliklərə yoluxmaq riskinə açıq olacaqlar. Hətta COVID-19 pandemiyasından öncə belə hər il 1 yaşından aşağı 20 milyon uşağın qızılca, polimielit və digər xəstəliklərə qarşı peyvəndlərə çıxışı yox idi,” Merkado deyib.

Səhiyyə rəsmiləri bildirir ki, poliomielitə qarşı peyvənd kampniyalarının çoxu dayandırılıb və bu, onillərdir poliomieliti aradan qaldırmaq məqsədilə aparılan təşəbbüsü risk altına atıb. Merkado Amerikanın Səsinə deyib ki, pandemiyanın ortasında peyvənd kampaniyası təşkil etmək mümkündür.

“Ötən il ən pis qızılca epidemiyasının baş verdiyi Konqo Dmeokratik Respublikasında biz uşaqlara qızılcaya qarşı peyvəndlər vururduq. Təbii ki, indi də bunu tələb olunan sosial məsafə və təhlükəsizlik tədbirlərinə əməl edərək etmək olar,” o deyib.

UNICEF xəbərdarlıq edir ki, xüsusilə də zəif səhiyyə sistemləri olan ölkələrdə müəyyən rejimə əsasən peyvəndlərin vurulmaması bu il və bundan sonra öldürücü xəstəliklərin yayılmasına gətirib çıxara bilər. Təşkilat hökümətlər, özəl sector və hava yolları sənayesini yükdaşımanı asanlaşdırmağa və vaksinlərin çatdırılmasının qiymətini azaltmağa çağırır.

XS
SM
MD
LG