Accessibility links

ABŞ-da yeni COVID dalğası


ABŞ-ın bir çox ştatında koronavirusun daha yoluxucu Delta variantı və vaksinasiyanın zəif getməsininilə yeni COVID-19 infeksiyalarının artımı müşahidə edilir.

Yeni COVID-19 yoluxmalarında davamlı artım olduğunu bildirən onlarla ştat arasında ölkənin ən aşağı peyvəndləmə göstəricilərinə sahib olanı Missuridir.

Bütün Missuri əhalisinin təxminən 45% -i COVID-19 peyvəndinin ən azı bir dozasını vurub və bu, orta hesabla ölkədə 55% -lik vaksinasiydan geri qalır. Əhalinin 25% -dən azının peyvəndləndiyi ştatın kənd yerlərində vəziyyət daha pisdir. Luis mahalı rəsmiləri son iki həftə ərzində koronavirusa yeni yoluxmaların 63% artdığını bildirib.

Missuridə vəziyyətin pisləşməsi Bayden administrasiyasını yerli məmurlara test və peyvənd səylərində kömək etmək üçünABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi və digər səhiyyə qurumlarından olan mütəxəssislərdən ibarət “sürətli yoluxmalara cavab qrupu” yaratmasına məcbur edib.

Yeni koronavirus infeksiyalarının artması bəzi ştatlarda siyasi müxalifətin artması ilə birlikdə peyvəndlərə olan inamsızlıqla əlaqələndirilir.

Tennessi ştatının cənub-şərqində peyvəndlə qarşısı alınan xəstəliklər və vaksinasiya proqramlarının direktoru Dr. Mişel Fiskus mühafizəkar ştat qanunvericilərinin yeniyetmələr və gənclər arasında maarifləndirmə səylərinə göstərdiyi əks reaksiya səbəbiylə bu həftə işdən çıxarıldığını bildirib.

Fiskus bildirib ki, bəzi yeniyetmələrin valideynlərinin razılığı olmadan peyvəndlərə uyğun ola biləcəyinə dair yazdığı qeyd onun işdən çıxarılmasına səbəb olub.

XS
SM
MD
LG