Accessibility links

Britaniya COVID-19-un müalicəsi üçün nəzərdə tutulan ilk Molnupiravir həbini şərti olaraq təsdiq edib


Britaniya COVID-19-un müalicəsi üçün nəzərdə tutulan ilk həbin effektivliyini şərti olaraq təsdiq edib.

Molnupiravir həbi ABŞ-ın Merck və Ridgeback Biotherapeutics əczaçılıq şirkətləri tərəfindən birgə hazırlanıb.

Reuters xəbər agentliyinin bildirdiyinə görə, nəticələr dərman COVID-19 simptomlarının başlanğıcı zaman qəbul edildikdə, ağır xəstəlik riski yüksək olan insanlar arasında COVID-lə əlaqədar ölüm və xəstəxanaya yerləşdirmə hallarını yarıya qədər azalda biləcəyini göstərib.

Britaniyanın dərman tənzimləyicisi həbi COVID-19 testi müsbət olan 18 və daha yaşlı insanların mümkün qədər tez, simptomların başlanmasından beş gün ərzində qəbul etməsini tövsiyə edib.

Həblərin Britaniyada nə vaxt satışa çıxarılacağı hələlik bəlli deyil.

Oktyabr ayında ABŞ-ın Ərzaq və Dərman Administrasiyasının müstəqil ekspertlərdən ibarət komitəsi bu ayın sonunda dərmanın təhlükəsizliyini və effektivliyini yoxlayacağını bildirib.

Avropa İttifaqı və digər ölkələrin tənzimləyiciləri də tezliklə bu dərmanı nəzərdən keçirəcəklərini bildirib.

Ərzaq və Dərman Administrasiyası həbdən təcili istifadə üçün tələbi təsdiq etsə, bu dərman ilin sonuna qədər ABŞ-da tətbiq edilə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG