Accessibility links

Kuba ölkədən çıxış vizasını ləğv edir


İndiyədək kommunist ölkədə insanlar xaricə getmək üçün hökumətdən icazə almalı idilər

Kuba hökuməti xaricə səyahətə getmək istəyən vətəndaşlarından çıxış vizası tələb olunmayacağını bildirib.

Kommunist partiyasının "Granma" qəzeti kubalıların səyahətə gedəcəyi ölkənin vizasının və həmin şəxsin pasportunun kifayət edəcəyini yazır. Bu vaxta qədər Kuba hökuməti adanı tərk etmək istəyən şəxsə dəvətnamə və çıxış vizası tələb edirdi.

Havana eləcə də vətəndaşlarının xaricdə qalma müddətini 11 aydan 24 aya qədər uzadır.
Kuba hökumətinin viza ilə bağlı qəbul etdiyi qərarlar 2013-cü ilin yanvar ayında qüvvəyə minəcək.

Fidel Kastro hökuməti alimlərin, həkimlərin, vəkillərin və mühəndislərin ölkəni tərk etməsinin qarşısını almaq üçün on illərdir səyahətlərə sərt məhdudiyyətlər qoymuşdu.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG