Accessibility links

Venesuela prezidentinin vətənə dönməsi ilə bağlı yeni açıqlamalar


Xərçəng xəstəliyi səbəbilə Kubada cərrahiyə əməliyyatı keçirib müalicə olunan Venesuela prezidenti Uqo Çavezin iki aydan sonra gözlənilmədən vətənə dönməsi barədə yeni məlumatlar açıqlanıb.

Vitse-prezident Nikolas Maduro çərşənbə günü deyib ki, cənab Çavezin vətənə gətirilməsi barədə qərar ölkənin sağçı müxalifətinin narahatlıqlarına əsaslanaraq verilib.

Hökumət keçən həftə prezident Çavezin ailəsi ilə birlikdə Kubada çəkilmiş şəkillərini dərc etsə də, onun səhhəti barədə məlumat verməmişdi.

Venesuela lideri Kubada dekabr ayında xərçəng xəstəliyi ilə əlaqədar cərrahiyyə əməliyyatı keçirdikdən sonra ictimaiyyət qarşısına çıxmayıb.
XS
SM
MD
LG