Nyu York şəhərinin sabiq meri Rudi Culiani prezident Donald Trampın hüquqi işlərinə baxan komandasına qoşulub. Bu hüquqşunaslar komandası xüsusi prokuror Robert Müller tərəfindən Trampın 2016-cı il seçki kampaniyası ilə Rusiya arasında mümkün iş birliyini araşdıran istintaqla bağlı məsələlərə baxır.
Vaxtilə federal prokuror olmuş sabiq mer Washington Post qəzetinə bildirib ki, o bu işə danışıqlar vasitəsilə istintaqa son qoyacağına ümid etdiyi üçün və həm prezidentə, həm də Rober Müllerə olan yüksək ehtiramlarına görə qoşulub.
Culiani həm də bildirib ki, o Trampın hazırkı hüquqşünasları Cey Sekulov və Tay Kob ilə birlikdə çalışacaq.