İran ölkənin cənub-şərqində qanlı hücumlara görə məsuliyyəti üzərinə götürən sünni yaraqlı qrupun liderinin edam edib. İran dövlət mediasının məlumatına görə, Abdulmalik Riqi bu gün Tehrandakı Evin həbsxanasında asılıb. O, terrorizm fəaliyyətlərində və Allahın Əsgərləri adı ilə tanınan Cundalla yaraqlı qrupunun üzvü olmaqda təqsirli bilinib. İran mediası bildirir ki, Riqi bəzi qurbanların ailəsinin gözü qarşısında edam olunub. İran kəşfiyyatçıları Riqini onun qrupu onlarla insanın ölümünə səbəb olan kütləvi bomba partlayışlarının məsuliyyətini öz üzərinə götürəndən bir neçə ay sonra fevrala ayında Dubaydan Qırğızıstana gedən zaman ələ keçirmişdilər. Cundalla bildirib ki, İranın bir neçə İnqilab Keşikçisi də daxil olmaqla 57 nəfərin həyatına son qoyan Sistan-Bəlucistan vilayətindəki bomba hücumunu qruplaşma həyata keçirib.
Abdulmalik Riqi bəzi terror hücumu qurbanlarının ailəsinin gözü qarşısında Evin həbsxanasında asılıb