Accessibility links

Dövlət katibi Pompeo Asiya səfərinin ilk dayanacağı olan Yaponiyadadlr


ABŞ dövlət katibi Mayk və Yaponiyanın baş nazir Şinzo Abe, Tokio, 6 oktyabr, 2018.

ABŞ dövlət katibi Mayk Pompeo şənbə günü Asiya turunun ilk dayanacağı olan Yaponiyada baş nazir Şinzo Abe və xarici işlər naziri Taro Kono ilə görüşüb.

Pompeo ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un arasında növbəti zirvə görüşünün vaxtı və yerinin müəyyən ediləcəyinə ümid bəslədiyini bildirib.

Asiya turu çərçivəsində Pompeo Şimali Koreyaya dördüncü səfərini edəcək. ABŞ dövlət katibi Pxenyanda Şimali Koreya lideri Kim Conq Unla görüşəcək.

“Cədvəlin müəyyən edilməsi ilə bağlı texniki çətinliklər var”-deyə, Pompeo bildirib. O əlavə edib ki, Kim Conq Unla görüşdən sonra növbəti sammitin günü və yeri ilə bağlı razıığın əldə ediləcəyinə ümid bəsləyir.

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un Sinqapurda zirvə görüşü zamanı, 12 iyun, 2018
ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un Sinqapurda zirvə görüşü zamanı, 12 iyun, 2018

Pompeonun Şimali Koreyaya səfəri Vaşinqton və Pxenyanın iki ölkənin lideri arasında ikinci sammitə hazırlıqlar gördüyü vaxt edir.

“Mən bizim təkcə iki lider arasında sammitin planı deyil, həm də nüvəsizləşdirilmə istiqamətində səylərimizi davam etdirmək üçün daha yaxşı anlaşma, daha dərin inkişaf əldə edəcəyimizlə bağlı nikbinəm”, Pompeo bu həftənin əvvəli bildirib.

Lakin təhlilçilər bildirir ki, Pompeo ikinci zirvə görüşündə nüvəsizişləşdirilmə istiqamətində real inkişafa nail olunması məsələsi ilə bağlı çətinliklərlə qarşılaşır.

ABŞ dövlət katibi Mayk Pompeo və Şimali Koreya lideri Kim Conq Un arasında görüş, Pxenyan, 9 may, 2018.
ABŞ dövlət katibi Mayk Pompeo və Şimali Koreya lideri Kim Conq Un arasında görüş, Pxenyan, 9 may, 2018.

Bəzi təhlilçilər Şimali Koreyanın ən vacib məsələləri hələ də ünlamadığını hesab edir. Buraya nüvə silahları və obyektlərinin siyahısı, bu informasiyanın təsdiqi və nüvəsizləşdirilmə istiqamətində görüləcək işlər üçün vaxt cədvəli kimi məsələlər daxildir.

Şimali Koreya 1950-53-cü illərdə Koreya müharibəsinə rəsmən son qoymaq istəyir. Lakin Birləşmiş Ştatlar bildirib ki, Pxenyan ilk novbədə nüvə silahlarından imtina etməlidir. Şimali Koreya Birləşmiş Ştatların nüvə silahlarının tam inventarlaşdırılması tələbini hələ yerinə yetirməyib.

XS
SM
MD
LG