Accessibility links

Dövlət Miqrasiya Xidməti 148 əcnəbini saxlayıb


Miqrantlar

Ötən həftə ərzində Azərbaycanın Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 148 nəfər əcnəbi saxlayıb. Onlardan ikisi Daxili İşlər Nazirliyi ilə keçirilmiş birgə tədbirlər zamanı aşkarlanıb.

Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, saxlanılan 13 nəfərin gəlişinin bəyan edilmiş məqsədə uyğun olmayan fəaliyyətlə məşğul olduğu, 2 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı, 1 nəfərin qanunsuz əmək fəaliyyəti ilə məşğul olduğu, digər 132 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Həmin əcnəbilərdən 123 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər 25 əcnəbinin Azərbaycanın hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

XS
SM
MD
LG