Accessibility links

Dünya Ərzaq Proqramı: Yəməndə 1 milyon uşaq aclıq nəticəsində ölüm təhlükəsi qarşısındadır


Yəmənə iki həftə bundan əvvəl səfər edən Dünya Ərzaq Proqramının direktoru Deyvid Besli Sənada xəstəxanada aclıqdan zəifləmiş çox sayda uşaq gördüyünü bildirib. O deyib ki, onun gördüyü uşaqların sağ qalmaq şansı var. Lakin o bildirib ki, xəstəxanada onun görə bilmədiyi uşaqların çoxu yer və müalicə imkanı olmadığı üçün evlərinə qaytarılıb və onların taleyi dərin narahatlıq doğurur.

Besli deyib ki, Yəməndə müharibə nəticəsində yaranmış humanitar vəziyyətlə əlaqədar hər 10, ya da 11 dəqiqədə bir uşaq ölür. Onun sözlərinə görə, Dünya Ərzaq Proqramı ciddi şəkildə qidasızlıqdan əziyyət çəkən təxminən iki milyondan uşaqdan bir milyonuna yardım göstərə bilər. Lakin təşkilatın əsas etibarilə Hutilərin nəzarətində olan ərazilərdə yaşayan digər bir milyon uşağa yardım etmək imkanı yoxdur.

Bizim bu uşaqlara dərhal kömək etmək imkanımız olmasa, növbəti br neçə ay ərzində 400 min uşaq ölə bilər. Vəziyyət bu dərəcədə realdır, bu dərəcədə dəhşətlidir.

Besli eyni zamanda bildirib ki, o, Yəmənə səfəri zamanı Huti liderləri ilə onun özünün və komandasının üzvləri arasında danışıqların vəziyyətin dəyişməsinə gətirib çıxara biləcəyinə ümid bəsləyir. “Çünki bu bir milyon uşağa kömək edə bilməsək, onlar öləcək. Bizim təxminlərimizə görə, bizim bu uşaqlara dərhal kömək etmək imkanımız olmasa, növbəti br neçə ay ərzində 400 min uşaq ölə bilər. Vəziyyət bu dərəcədə realdır, bu dərəcədə dəhşətlidir”-deyə o bildirib.

Dünya Ərzaq Proqramının direktoru bildirib ki, ölkə iqtisadiyyatı üç ildən artıqdır sürən müharibədən sonra çökmək həddindədir. Onun sözlərinə görə, 12 milyon insan aclıq çəkir və ölkə ərzaq idxal etməyə məcbur olduğu üçün ərzaq qiymətləri sürətlə artır.

Deyvid Besli deyib ki, müharibə edən tərəflərin fiziki və psixoloji cəhətdən "tükənməsi" onda müharibənin sona çatacağı ilə bağlı zəif ümid yaradır.

“Mənim söhbət etdiyim insanlardan aldığım təəssürat odur ki, onlar həll yolu istəyir. Gəlin ümid edək ki, sabah, ya da o biri gün başlayacaq sülh danışıqları bizə bu ölkənin uşaqlarına kömək edə bilməyimiz üçün bir yol açacaq”-deyə o bildirib.

Dünya Ərzaq Proqramı Yəməndə 8 milyon insana ərzaq çatdırmaq üçün ayda 100 milyon dollar sərf edir. Besli bildirib ki, ciddi şəkildə qidasızlıqdan əziyyət çəkən insanların sayının 12 milyona çatacağı gözlənilir. Bu isə insanların ərzaqla təmin edilməsi üçün ayda 160 milyon dollara ehtiyac olduğu deməkdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Qadın hüquqları fəalı azyaşlının zorlanmasına etiraz edib
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG