Accessibility links

Dünya boyu koronavirusa yoluxma halları 14 milyonu ötüb


Dünya boyu COVID-19-a 14.1 milyon yoluxma halından 3.6 milyonu ABŞ-da qeydə alınıb. Cons Hopkins Universitetinin statistikalarına əsasən, Braziliya 2 milyon yoluxma halı ilə ikinci, Hindistan isə bir milyon yoluxma halı ilə üçüncü yerdə gəlir.

New York Times-in məlumatına görə, cümə günü ABŞ-da 70 mindən çox yolxuma qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı cümə günü bir gün ərzində dünya boyu 250 min yeni yoluxmanın olduğu barədə xəbər verib.

ABŞ COVID-19-a yoluxmalara görə birinci yerdə olsa da, prezident Donald Tramp ölkə boyu maska taxmaq mandatı tətbiq etməyəcəyini deyib və bazar günün FOX News telekanalında yayımlanacaq müsahibədə “Mən insanların müəyyən azadlıqlarının olmasını istəyirəm” deyib.

Birləşmiş Ştatda milyonlarla şagir cümə günü pandemiya səbəbilə məktəbə qayıtmayacaqlarını öyrəniblər.

Ağ Evin Koronavirusla Mübarizə İşçi Qrupunun dərc olunmayan hesabatında 18 ABŞ ştatına daha sərt karantin tədbirləri tətbiq etmələri tövsiyyə olunur.

Braziliyanın səhiyyə üzrə ekspertləri ölkədə yoluxmaların çox olmasına görə federal höküməti günahlandırır.

Ümumdünya Səhiyyə Təşkilatı cümə günü bildirib ki, Braziliya “hələ də mübarizənin ortasındadır.”

Avropa liderləri cümə günü 855 milyard dollarlıq iqtisadi yardım planını müzakirə etmək məqsədilə Brüsseldə iki günlük bir araya gəlib. Bu, son beş ayda ilk dəfədir ki, ölkə liderləri canlı olaraq bir araya toplaşır. Çexiyanın baş naziri Andrey Babis cümə günü danışıqlardan sonra deyib ki, Avropa İttifaqı liderlrinin stimulus planı ilə bağlı düşüncələri “diametrik olaraq fərqlidir.”

İspaniya rəsmiləri Barselona şəhərinin sakinlərini virusun yayılmasının qarşısını almaq üçün mümkün olduğu qədər evdə qalmağa çağırıb.

İsrail yoluxmaları azaltmaq məqsədilə həftəsonu sərt karantin tətbiq edib.

Minnesota Universitetinin Tibb Məktəbinin tədqiqatçıları bildirib ki, malyariyaya qarşə Hidroksiklorokin dərmanı üzərinə keçirilən bir başqa sınaq onun COVID-19-a qarşı təsirsiz olduğunu göstərib.

Tramp isə pandemiyanın erkən vaxtlarında hidroksiklorokini effketiv olduğunu bildirir və özünün də həmin dərmanı qəbul etdiyini deyirdi. Trampın koronavirus testi neqativ çıxıb.

ABŞ-ın Ərzaq və Dərman administrasiyası dərmanı fövqəladə müalicə vasitəsi olaraq təsdiq etsə də, daha sonra həkimlərin dərmanın potensial ölümcül yan təsirləri barədə xəbəardarlıq etməsindən sonra bu qərarını dəyişib.

Şərhlərə bax

XS
SM
MD
LG