Accessibility links

Qadın və qızlara qarşı zorakılıqlar dünyanın diqqət mərkəzində


Qadın və qızlara qarşı zorakılıqlar dünyanın diqqət mərkəzində
please wait

No media source currently available

0:00 0:02:24 0:00

Avropa boyu və bir çox yerdə qadınlar bazar ertəsi hökümətlərdən qadın və qızların istismarına qarşı tədbirlər görmələrini tələb etmək məqsədilə nümayiş keçirib. Birləşmiş Millətlər Təşkilatı bildirir ki, qadınların üçdə biri həyatları boyu fiziki və ya cinsi zorakılığa məruz qalır. Zorakılıq qurbanları olan qadınların yarısı partnyorları və ya ailə üzvləri tərəfindən öldürülür. Təşkilat noyabrın 25-ni Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü kimi təyin edib. Bəzi hökümətlər bu gün qadınların müdafiəsinə yönəlmiş tədbirlərin görüləcəyini elan edib, digərləri isə qadınların səslərini boğmağa çalışıb.

Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü küçə etirazlarından tutmuş sərgilərə kimi müxtəlif yollarla qeyd olunub. Belçikada təşkilatçılar qırmızı ayaqqabılar nümayiş etdirib. Bu ayaqqabılar zorakılıq nəticəsində ölən qadınları simvollaşdırır.

Türkiyədə qadınların yürüşü
Türkiyədə qadınların yürüşü

Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edib ki, qadınlara qarşı zorakılığın qarşısı alınmalıdır, çünki o, qlobal sülh və təhlükəsizliyə hədədir.

“Qadınlara qarşı mübarizə mədəniyyətinin bizim yoxsulluğu aradan qaldırıb, inklüziv, davamlı inkişafı təşviq etmək səylərimiz üçün ciddi nəticələri ola bilər. Zorakılıq qadınların cəmiyyətin bütün sahələrində iştirak etməsinin qarşısını alır”, baş katibin ofisindən Maria Luiza Ribeiro Viotti bildirib.

Fransa höküməti bu gün münasibətilə qadınları qorumaq məqsədli yeni tədbirlər elan edib.

“Hökümət gələn il kişilərlə qadınlar arasında bərabərliyin təmin olunmasına yönəlmiş məsələlərə bir milyard avrodan çox pul ayıracaq. Bu vəsaitin 36 milyon avrosu bir il ərzində qadınlara qarşı zorakılığa qarşı mübarizəyə ayrılacaq”, deyə Fransanın baş naziri Eduard Filip bildirib.

Fransanın baş naziri Eduard Filip
Fransanın baş naziri Eduard Filip

Interpol insanlara insan qaçaqmalçılığı və qızlar və qadınların istismarına şahid olduqlarında hüquq-mühafizə orqanlarına xəbər vermək kimi mənəvi borclarının olduğunu xatırladır.

“Dünya boyu insan qaçaqmalçılığı qurbanlarının 71 faizi qadınlarla qızlardır. Onların dörddə üçü cinsi istismara məruz qalır. Interpol-un çağırışı cinayətkarları məsuliyyətə cəlb etməyin beynəlxalq hüquq-mühafizə orqanlarının əməkdaşlığının fundamental hissəsidir”, Interpol-un baş katibi Curgen Stok bildirib.

Nigeria bazar ertəsi ilk dəfə olaraq cinsi zorakılıq edən cinayətkarların milli reyestrini açıqlayıb.

Qadın və kişi qrupların, habelə yaxşı niyyətli təşkilatların icma üzvlərinə təcavüzün ilahi ədalət məsələsi olmadığını vurğulamaq vaxtıdır. Bu məsələni Allaha həvalə etmək bir çıxış yolu deyil, ədalət axtarmaq çıxış yoludur.
Leyman Roberta Qbovi

“Qadın və kişi qrupların, habelə yaxşı niyyətli təşkilatların icma üzvlərinə təcavüzün ilahi ədalət məsələsi olmadığını vurğulamaq vaxtıdır. Bu məsələni Allaha həvalə etmək bir çıxış yolu deyil, ədalət axtarmaq çıxış yoludur”, Nobel sülh mükafatı laureatı Leyman Roberta Qbovi bildirib.

Amma dünya boyu bütün ölkələrdə qadınların qorunması üçün yeni tədbirlər görülməyib. Məsələn İspaniyanın ultra sağçı Voks partiyası qadınlara qarşı zorakılığı pisləyən bəyannaməni imzalamağı rədd edib.

“Qadınlar tərəfindən zorakılıqdan əziyyət çəkən və arvadları tərəfindən öldürülən kişilər də var və onlar da müdafiə olunmalıdır”, Voks partiyasından Havier Orteqa bildirib.

Türkiyənin hüquq mühafizə orqanları ilk İstanbulda nümayişin keçirilməsinə qadağa qoyub, daha sonra isə məhdud yerlərdə yürüşün keçirilməsinə icazə verib. Polis yoldan çıxan nümayişçiləri dağıtmaq üçün bibər qazından istifadə edib.

XS
SM
MD
LG