Accessibility links

Dünya liderlərinin Trampın BMT-dəki çıxışına reaksiyası


Dünya liderlərinin Trampın BMT-dəki çıxışına reaksiyası
please wait

No media source currently available

0:00 0:02:32 0:00

ABŞ prezidenti Donald Trampın BMT-nin Baş Assambleyasının 73-cü sessiyasında “Birinci Amerika” adlı xarici siyasət çıxışı dünya liderlərinin müxtəlif reaksiyalarına səbəb olub.

Prezident Donald Tramp BMT-nin Baş Assambleyasında çıxışının ilk dəqiqələrində qeyri-adi reaksiya ilə qarşılaşıb.

Biz artıq Paris Razılığına hörmət bəsləməyən ölkələrlə tiracət razılıqları imzalamayacağıq. Gəlin əmin olaq ki, ticarət öhdəliklərimiz sosial və ətraf mühit məhdudiyətləri ilə üst-üstə düşsün
Emmanuel Makron

“Mənim administrasiyam iki ildən qısa müddətdə ölkəmizin tarixindəki demək olar bütün digər administrasiyalardan daha çox nailiyyət əldə edib. Amerika ... Bu reaksiyanı gözləmirdim, amma ...”

Ötən ilki nitqinə bənzər məsələlərə toxunan Tramp qlobalizm əvəzinə vətənpərvərliyi tərifləyib. Amma beynəlxalq icmadan bəzi liderlər buna qarşı çıxıb.

Fransa prezidenti iqlim dəyişikliyi məsələsindən bəhs edərək, digər ölkələri ABŞ-ın geri çəkildiyi Paris iqlim razılığına əməl etmək istəməyən ölkələrlə ticarət razılıqlarından imtina etməyə çağırıb.

“Biz artıq Paris Razılığına hörmət bəsləməyən ölkələrlə tiracət razılıqları imzalamayacağıq. Gəlin əmin olaq ki, ticarət öhdəliklərimiz sosial və ətraf mühit məhdudiyətləri ilə üst-üstə düşsün” – deyə, Makron bildirib.

Çıxışından öncə, Tramp İranı kəskin şəkildə tənqid edib.

“Mən onlarla görüşmədən öncə İran öz tonunu dəyişməlidir. Onlar görüşmək istəyir, amma onlar dəyişmədənədək mən onlarla görüşməyəcəm. Bu baş verəcək, mən onların başqa çarələrinin olmadığına inanıram. Biz İranla gözəl münasibət qurmaq istəyirik”, Tramp söyləyib.

Həsən Ruhani
Həsən Ruhani

İran prezidenti isə ABŞ-la bağlı bunları deyib:

“Mən burada dialoqu başladıram və qəti şəkildə bildirirəm ki, beynəlxalq təhlükəsizlik məsələləri Amerikanın daxili siyasətinin oyuncağı deyil. Birləşmiş Millətlər Təşkilatı ABŞ administrasiyasının bir hissəsi deyil”.

Bəzi ekspertlər deyir ki, çoxtərəfli danışıqlardan geri çəkilmək və xarici mallara tarif tətbiq etmək status-kvonu pozmaq strategiyasının bir hissəsidir.

“Bu, xüsusuilə də İkinci Dünya Müharibəsindən sonra yaranan nizam üçün təhlükəlidir, çünki bu nizamı ABŞ qurub. Birləşmiş Ştatlar bu nizamın memarı və əsas müdafiəçisidir. Vaşinqtonda bu nizamı pozmağa çalışan birinin olması isə böyük dəyişiklikdir” - deyə, Xarici Əlaqələr Şurasından Çarlz Kupçan söyləyib.

Bu həftəki BMT görüşləri cümə gününədək davam edəcək və önümüzdəki günlərdə Şimali Koreya ilə nüvə silahlarının yayılması məsələsi müzakirə olunacaq.

XS
SM
MD
LG