Accessibility links

Dünya superqəhrəmanların müxtəlifliyinə hazırdırmı?


Dünya superqəhrəmanların müxtəlifliyinə hazırdırmı?
please wait

No media source currently available

0:00 0:02:57 0:00

Dünya superqəhrəmanların müxtəlifliyinə hazırdırmı?

Komikslər və amerikanın populyar mədəniyyətində superqəhrəmanlar getdikcə müxtəlifləşirlər. Lakin fanatlar və komik yazarları bunu geniş ekranda amerika cəmiyyətinə nümayış etdirmək üçün hələ görüləsi çox işin olduğunu söyləyirlər. Hollivud artıq ABŞ-dan kənara çıxaraq superqəhrəmanların populyarlığına sahib olmağa çalışır.

İstər filmdə, komikslər və ya video oyunlarda, fanatlar müxtəlifliyin norma olduğunu söyləyirlər. “Overwatch” Emmelin Ye-nin sevimli video oyunudur.

O deyir ki, oyuna çinli qəhrəman əlavə etdiklərini gördükdə çox sevinib. Bu, qəhrəman alimdir, çox ağıllıdır və dünyanı xilas etməyə kömək edir.

Bir çox afro-amerikalı kino həvəskarları üçün...

“Qara panter” filmi dönüş nöqtəsi oldu.

"Qara Panter" filminin fanatı Şanis Souvenir bildirir ki, “Qara panter” filmi çıxanda o gələcək uşaqlarının baxmağa nəsə olduğuna sevinib.

Lakin bir çox pərəstişkarlar və komiks yazarları filmlərdə müxtəlifliyin hələ də az olduğunu bildirir.

Müstəqil komiks yazarı olan Vita Ayala söyləyir ki, çap tendensiyası ilkin dövrlərdən fərqli olaraq yeni səthləri yoxlamağa yönəlir.

Lakin komiks jurnal qəhrəmanları hər zaman belə müxtəlif olmayıblar.

Oreqon Universitetinin professoru Ben Saunders bildirir ki, 1930 və 40-cı illərdəki superqəhrəmanların ilk dalğası əsasən kişi və həmişə yalnız ağdərili olub.

Ən çox azlıq simvolları demək olar ki, həmişə stereotiplərə əsaslanırdı.

Komiks tarixçisi Niki Viler Nikolson deyir: "Dəhşətlisi odur ki, afro-amerikalılar həmişə iri ağ dodaqlarla çəkiliblər və Asiya qəhrəmanları əsasən üzləri sarı tonda çəkilirdi və bu ümumiyyətlə çox qəribə idi. Onlar çox vaxı mənfi qəhrəmanların obrazlarını yaradırdı".

Lakin sonra azlıqları simvolizə edən super qəhrəmanlar gəldi.

Oreqon Universitetinin professoru Ben Saunders bildirir ki, Marvel kainatında ilk rəngli super güclü obraz yaşıl və narıncı olub. Halk bir növ qorxulu ideyaları ilə irqlərin mürəkkəb bir alleqoriyasıdır.

1960-cı illərdə “Qara Panter” Marvel kainatında ilk qaradərili superqəhrəman oldu.

Bu qəhrəman indi də ABŞ pərəstişkarların qəlblərini kino vasitəsilə fəth edir.

Komiks və pop mədəniyyət pərəstişkarı olan Roz Mari Metyü deyir ki, onlar “Qara Panter”ə açılış günündə bir neçə dəfə baxıblar. Film o qədər yaxşı idi ki, burada kiməsə aid olanın onlara da aid olduğunu görməkdən çox xöşbəxt idilər. “

Amma ABŞ xaricindəki auditoriya, xüsusilə ikinci böyük film bazarına sahib Çin kimi, qeyri-ağ personajlı filmlərlə əlaqəli ola bilmələri mübahisəlidir.

Müstəqil illüstrator Alis Mey Çi Li söyləyib ki, çox vaxt o Çinin qara insanları və ya rəngli insanları görmək istəmədiyini eşidir. Hollywood müxtəlif irqli hekayələrin xaricə satmağı düşünmür və buna görə onlar daha az çəkilir və onlar bəlkə də yaxşı ola biləcək müxtəlif irqli hekayələrə şans buraxmırlar.

Marvel-in “Avengers” filminin müvəffəqiyyəti: Çində sonsuz müharibə hər hansı bir göstəricidirsə, dünyanın hər yerində izləyənlər qara, yaşıl və ya ağ olsalar da, superqəhrəmanları izləməkdən çox xoşbəxtdirlər.

XS
SM
MD
LG