Accessibility links

Dünyada COVID-19-a yoluxma hallarının sayı 10 milyonu keçdi


Peruda Limada sakinlərə qrip vaksini vurulur və COVID-19 testi keçirilir

Cons Hopkins Universitetinin verdiyi məlumata əsasən, dünya üzrə COVID-19-a yoluxma halları 10 milyona ötüb keçib, ölənlərin sayı isə təxminən 500 000-dir.

“Bu, vaksin və terapevtik vasitələrin tədqiq və inkişaf etdirilməsini davam etdirdiyimiz vaxt əlimizdə olan bütün vasitələrdən istifadə edərək, yoluxmaların qarşısının alınması və insanların həyatının xilas edilməsi üçün əlimizdən gələni etmək kimi bir məsuliyyət daşıdığımıza dair bir xatırlatmadır”, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus koronavirusa yoluxma hallarının sayının 10 milyona çatdığı ərəfədə Twittter sosial şəbəkəsində yazıb.

Birləşmiş Ştatlar yoluxma və ölüm hallarının sayına görə dünya ölkələri arasında birincidir. Cons Hopkins Universitetinə əsasən, ABŞ-da 2.5 milyondan çox yoluxma və 125 000-dən çox ölüm halı qeydə alınıb.

ABŞ-ın beş ştatında şənbə günü koronavirusa bir gün ərzində rekord sayda yoluxma təsdiq edilib. Floridada 9568, Corciyada isə 3591 yeni yoluxma haqda məlumat verilib. Cənubi Karolinada bir gün ərzində 1604, Arizonada 3591, Nevadada isə 1099 yeni yoluxma halı qeydə alınıb. Bu ştatlarda gün ərzində rekord sayda yeni yoluxmalar infeksiyanın cənub və qərb ştatlarında yayılmasının göstəricisi hesab olunur.

Texas ştatının Austin şəhərində Alkoqollu İçkilər Komissiyasının agentləri barda sosial məsafə qaydalarına əməl olunduğunu yoxlayır.
Texas ştatının Austin şəhərində Alkoqollu İçkilər Komissiyasının agentləri barda sosial məsafə qaydalarına əməl olunduğunu yoxlayır.

Texas ştatında da koronavirusa yoluxma hallarında artım var. Şənbə günü ştatda 5700 yei yoluxma və 42 ölüm halı qeyd edilib. Bununla ştatda ölənlərin sayı 2400 nəfərə çatıb. Texas ştatının qubernatoru Qreq Abbott restoran və barların yenidən bağlanması haqda göstəriş verib.

Prezident Donald Tramp iyunun 20-də Oklahoma ştatının Tulsa şəhərində sosial məsafə saxlanılması qaydalarına əməl etməyərək, kampaniya tədbiri keçirdiyinə görə tənqidlərlə qarşılaşıb.

Mediada verilən məlumatlara əsasən, tədbirin keçirildiyi BOK mərkəzinin əməkdaşlarının hər ikinci oturacağa “Xahiş olunur burada əyləşməyin!” işarələri yerləşdirməsinə baxmayaraq, tədbirin başlamasından bir neçə saat öncə prezidentin kampaniya qərargahından işarələrin götürülməsinə dair göstəriş verilib. Washington Post qəzeti BOK mərkəzinin koronavirusa yoluxmaların qarşısının alınması məqsədilə standart praktikaya əsasən, insanların bir-birindən aralı oturmasını təmin etmək üçün 12000 işarə aldığı haqda məlumat verib.

Qəzetin veb saytında iki nəfərin zalda oturacaqlardan işarələri götürdüyünü göstərən video yerləşdirilib.

Hindistanda Mumbayda təcili yardım işçiləri xəstələri xəstəxanaya aparır.
Hindistanda Mumbayda təcili yardım işçiləri xəstələri xəstəxanaya aparır.

Pan Amerikan Səhiyyə Təşkilatının bildirdiyinə görə, Latın Amerikası ölkələrində koronavirusa yoluxmaların sayı 2 milyonu keçib. Kolumbiyada şənbə günü 4149 yeni yoluxma halı təsdiq edilib. Bu, üçüncü dəfədir ki, həftə ərzində bir gündə rekord yoluxma halı qeyd edilir. Kolumbiyada yoluxmların ümumi sayı 88591-dir. Bu, Çində təsdiq edilmiş 84726 yoluxma sayından çoxdur. Braziliyada yoluxmaların sayı 1.3 milyonu keçib.

Yoluxmaların sayının Hindistanda da artdığı haqda məlumat verilir. Şənbə günü ölkədə rekord 18552 yeni yoluxma halı qeyd edilib.

Cənubi Koreyada Seulda kilsələr, gecə klubları və restoranlarda yüzlərlə yeni yoluxma halları müəyyən edilib.

İndoneziya 1385 yeni yoluxma ilə bir gün ərzində infeksiyaya yoluxmalarda ən böyük artım haqda məlumat verib. Səhiyyə Nazirliyinin rəsmisinin bildirdiyinə görə, ölkədə koronavirusa 52812 yoluxma halı qeyd edilib.

Pandemiyanın ən çox təsir göstərdiyi ölkələrdən biri olan İtaliyada isə fərqli vəziyyət müşahidə olunur. Rəsmilər şənbə günü 175 yeni yoluxma və səkkiz ölüm halı haqda məlumat veriblər. Bu, martın 1-dən bəri ən aşağı göstəricilərdir.

XS
SM
MD
LG