Accessibility links

Dünyanın ən böyük mobil texnologiya sərgisi koronavirus səbəbi ilə təxirə salındı


Dünyanın ən böyük mobil texnologiya sərgisinin təşkilatçıları illik Mobil Dünya Konqresinin (MWC) bu ilki sərgisinin ləğv edilməsinin xərcinin hələ məlum olmadığını və qərarın motivinin sırf Çindən gələn virusun yayılması ilə əlaqədar sağlamlıq və təhlükəsizlik qayğıları ilə əlaqəli olduğunu söyləyiblər.

GSMA təşkilatının baş direktoru Mats Granryd xərclərin miqdarının müzakirə olunması üçün hələ tez olduğunu bildirb.

Fevralın 24-27-i tarixlərində Barselonada keçirilməsi planlaşdırılan sərginin iştirkaçıları olan texnalogiya şirkətləri və simsiz rabitə firmaları artmaqda olan koronavirus təhlükəsi səbəbi ilə sərgidə iştirak etməkdən imtina edib. Ericsson, Nokia, Sony, Amazon, Intel və LG kimi nəhəng şirktlər işçilərin və ziyarətçilərin təhlükəsizliyi ilə bağlı narahatlıqlarını bildirib.

GSMA təşkilatnın icraçı direktoru Con Hoffman verdiyi açıqlamada bildirib ki, bu il irimiqyaslı bir tədbir keçirməyi planlaşdırsalar da, sonradan "bütün alıcılar iştirak etməyini bildirmişdi".

O, təxirəsalınmanın nə vaxta kimi uzanacağını təxmin etməyin mümkün olmadığını bildirib.

Bunu "çox qaranlıq bir gün" olaraq xarakterizə edən Hoffman təşkilatın 2021-ci ildə yenidən Barselonada bu tədbiri keçirmək üçün səbirsizliklə gözlədiklərini söyləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG