Accessibility links

İstanbulda Dünya Azərbaycanlıları Konqresinin 13-cü qurultayı açılacaq


DAK-logo
DAK-logo

Aprelin 18-də Dünya Azərbaycanlıları Konqresinin (DAK) İstanbulda 13-cü qurultayı açılacaq və iki gün davam edəcək.

DAK mətbuat xidmətinin məlumatına görə, qurultayda türklərə qarşı düşmənçiliklə bağlı dünyaya mesaj veriləcək.

“1915-ci ildə gerçək bir erməni soyqırımının olmadığı və əsl soyqırımın Azərbaycan türklərinə qarşı edilmiş olduğudur. Bunun da ən canlı, ən dəhşətli, ən yaxın nümunəsi "Xocalı soyqırımı”dır. Qurultayın İstanbulda keçirilməsi bu baxımdan əhəmiyyətli hesab olunur. Ayrıca bu qurultay Türkiyə və Azərbaycan diaspor təşkilatlarının daha yaxın əməkdaşlıq içərisində olmasına önəmli bir addım olacaqdır”, deyə mətbuat xidməti bildirir.

DAK dünya azərbaycanlılarının fəaliyyətlərini ifadə edən ən böyük diaspor təşkilatlarından birisdir. Təşkilatın dünyanın azərbaycanlılar yaşayan bütün nöqtələrində ərazi təşkilatları var.1Sabir Rüstəmxanlı və Firudin Pərvizniyanın həmsədrlik etdiyi DAK ilk qurultayını 1997-ci ildə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Los-Anceles şəhərində keçirib. Sonrakı qurultaylar Vaşinqton, Haaqa, Brüssel, Stokholm, Frankfurt, Köln, Bonn, Donetskdə olub.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG