Accessibility links

Suriyada atəşkəs pozulub


Suriyanın sahil şəhərində maşına yerləşdirilmiş bomba partlayışı 9 nəfərin ölümü ilə nəticələnib. Dövlət mediasının bildirdiyinə görə, bu, ötən həftə əldə edilən atəşkəsdən sonra ən böyük insident hesab edilir.

Cəblehdəki terakt kövrək atəşkəs rejiminə zərbə kimi qiymətləndirilir.

Suriyanın İnsan Haqlarının Müşahidəsi qrupu Cəblehdə baş verən bu son hadisənin ölənlərin sayını 14-ə çatdırdığını bildirib.

Suriyada atəşkəs hətta bu hücumdan əvvəl belə olduqca həssas idi. Belə ki, hökumət qüvvələri Dəməşq yaxınlığındakı əməliyyatları intensivləşdirib.

Əl-Qaida ilə əlaqəli qrup deyir ki, Rusiya və Türkiyənin razılaşdırdıqları atəşkəs "rüsvayçılıqdır" və buna razılıq verənlər "böyük səhvə" yol veriblər.

Atəşkəs Fətəh əl Şam qrupuna, habelə İŞİD-ə şamil edilmir. Bərdə vadisi istisina olmaqla atəşkəsi rejiminə indiyədək əsasən riayət olunub.

İran, Türkiyə və Rusiya Suriyada atəşkəs razılığı əldə ediblər.
İran, Türkiyə və Rusiya Suriyada atəşkəs razılığı əldə ediblər.

Koalisiya qüvvələri ayın sonunda keçiriləcək sülh müzakirləri öncəsi hücumlarını dayandıracaqlarına vəd verib.

Müzakirələr Qazaxıstanda baş tutmalıdır.

Sülh danışıqları hazırkı atəşkəsin əldə edilməsində əsas rol oynayan Rusiya, İran və Türkiyənin vasitəçiliyi ilə keçiriləcək.

Atəşkəs Dəməşqin ətrafları və ölkənin müharibədən sarsılan bölgələrindəki ekstremistlərə şamil edilmir.

XS
SM
MD
LG