Accessibility links

Suriyada bomba partlayışı nəticəsində 21 nəfər həlak olub


Suriyada bomba partlayışı nəticəsində bir maşin sıradan çıxıb, 21 nəfər həlak olub. Onların arasında altı qadın və dörd uşaq olub.

Britaniyada qərargahlanmış Suriya İnsan Haqlarının Müşahidəsi qrupu partlayışın səhər tezdən maşının Daraa vilayətində Tel Əl-Cuma rayonu yaxınlığından keçərkən baş verdiyini deyib.

Fəallar yolda patlayıcı qurğular yerləşdirməkdə prezident Bəşar Əl-Əsədə sadiq qüvvələri təqsirləndirir. Müşahidəçilər partlayışın baş verdiyi yerin yaxınlığında üsyançı döyüşçülərin qərargahlandığını deyib.

Hökumət məsələyə münasibət bildirməyib.

Daraa 2011-ci ilin mart ayında dinc etiraz aksiyaları ilə başlamış, lakin sonra 100 mindən çox insanın ölümünə səbəb olmuş vətəndaş müharibəsinin mənbəyidir.
XS
SM
MD
LG