Rusiyanın Dağıstan Respublikasının rəsmilərinin məlumatına görə, təhlükəsizlik qüvvələri polisə atəş açan 5 yaraqlını öldürüb. Polisin bəyanatında deyilir ki, atışma dünən Çeçenistanla sərhəd Kavasyurt şəhərində baş verib. Yaraqlıların 20-30 yaşlarında olduğu deyilən bəyanatda bildirilir ki, hadisə yerindən avtomat silahlar müsadirə olunub. Dağıstan Rusiyanın zorakı Şimali Qafqaz regionun tərkibindədir və 1990-ci illər də bu regionda iki müharibə baş verib. Burada atışmalar və bomba partlayışları demək olar ki hər gün olur.
Polisin bəyanatında deyilir ki, atışma dünən Çeçenistanla sərhəd Kavasyurt şəhərində baş verib