Rusiyanın Dağıstan Respublikasının rəsmiləri deyir ki, naməlum silahlılar yüksək rütbəli polis müstəntiqini güllə ilə vurub öldürüblər. Müstəntiqin həyat yoldaşı və oğlu evdən əli-qolu bağlı şəkildə aşkar olunub. Polis deyir ki, silahlılar polkovnik-leytenant Yunus Kulatayevin evinə hücum edərək onu 3 güllə vurub və qaçıblar. Hələlik hadisə ilə bağlı şübhəli qismində saxlanılan olmayıb. Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Dağıstan demək olar ki, hər gün zorakılıqlara səhnə olur. Zorakılıqların çoxu qonçu Çeçenistanda müsəlman separatçılardan qaynaqlanır.
Silahlılar polkovnik-leytenant Yunus Kulatayevin evinə hücum edərək onu 3 güllə vurub