Accessibility links

Dağıstanda qarşıdurmalar davam edir


Dağıstanda qarşıdurmalar davam edir
Dağıstanda qarşıdurmalar davam edir

Rusiya rəsmilərinin bildirdyinə görə, bu gün Dağıstan respublikasında hüquq-mühafizə orqanları işçiləri ilə qarşıdurma zamanı 4 nəfər şübhəli yaraqlı öldürülüb. Atışma zamanı üç polis zabitinin yaralandığı deyilir. Rusiyanın xəbər agentlikləri hadisənin Xasavyurt şəhərində baş verdiyini, hüquq-mühafizə işçilərinin bir binanı mühasirəyə aldıqlarını və şübhəlilərin qaçmaq istədikləri vaxt öldürüldüyünü bildirirlər. Bu incident Dağıstanın paytaxtı Mahaçkalada baş verən qarşıdurma zamanı iki nəfər şübhəlinin öldürülməsindən bir gün sonraya təsadüf edir.

XS
SM
MD
LG