Accessibility links

David Fillips: Xarici hökumətlərin beyin mərkəzlərinə dəstəyində şəffaflığa ehtiyac var


David Fillips

Amerikanın Səsi: Bu yaxınlarda Huffington Post qəzetində dərc etdiyiniz məqalədə Türkiyə hökümətinin Vaşinqtonda nüfuz almağa çalışdığını yazmısınız. Bu lobbiçilik səyləri neçə baş tutur? Bunu qısaca izah edə bilərsinizmi?

David Fillips: Türkiyə höküməti, səfirliyi və müdafiə nazirliyi Xarici Agentlərin Qeydiyyatı Aktı altında Ədliyyə Departamentində qeydiyyatdan keçən 14 təşkilat və şəxsi cəlb edib. Amma onların pul xərcləmələrinin yeganə səbəbi təkcə işə məsləhətçi götürmək deyil. Türkiyə höküməti həmçinin Vaşinqtonda ABŞ-Türkiyə münasibətləri ilə məşğul olan beyin mərkəzlərinə milyonlarla dollar pul verir və təbii ki, bu qədər pul həmin təşkilatların Türkiyə ilə bağlı düşüncələrini dəyişir və gördükləri işlərə də təsir göstərir.

Amerikanın Səsi: Sizin qeyd etdiyiniz bu işbirliyi təkcə lobbi firmaları və ya keçmiş siyasətçilərlə olmur. Siz həm də deyirsiniz ki, Türkiyə və Azərbaycan Atlantik Şurası kimi düşüncə mərkəzlərinə pul veriblər. Bu düşüncə mərkəzlərinin çoxunda mediaya müstəqil ekspert qismində müsahibələr verən ekspertlər işləyir. Bu, problemdirmi?

Türkiyə höküməti Vaşinqtonda ABŞ-Türkiyə münasibətləri ilə məşğul olan beyin mərkəzlərinə milyonlarla dollar pul verir və təbii ki, bu qədər pul həmin təşkilatların Türkiyə ilə bağlı düşüncələrini dəyişir və gördükləri işlərə təsir göstərir.

David Fillips: Türkiyə araşdırma mərkəzlərinə pul verərək nüfuz əldə etməyə çalışırsa, əlbəttə ki, bu bir problemdir. Türkiyə onların böyük donoru olduğu halda, biz onlardan müstəqil qərəzsiz nöqteyi-nəzər gözləyə bilmərik. Bu düşüncə mərkəzlərindən qərəzsiz əv obyektiv olmağı tələb edən yaxşı korporativ idarəetmə standartları var. Onlar da bunu etməyə cəhd göstərir. Amma sizin fikrinizi formalaşdırmaq üçün çox sayda resurs sərf edən donorunuz varsa, sizin obyektiv olmağınız nə dəcərədə mümkündür?!

Amerikanın Səsi: Ekspertlər Amerikada qəzetlərdə məqalələr dərc etmədən öncə xarici hökümətlər və təşkilatlarla olan əlaqələrini açıqlamalıdılarmı?

David Fillips: ABŞ Konqresində “ifadə həqiqəti” qaydası var ki, bu qaydaya əsasən səndən hüquqi baxımdan tələb olunur ki, özün və təşkilatının Konqres dinləməsində müzakirə olunan ölkədən heç bir pul almadığına dair yazılı izahat imzalayasan. Nəyəsə görə bəzi insanlar həmin izahatları imzalayır, lakin daha sonra açıq şəkildə hüquqi öhdəliklərinə riayət etmir. Biz ilk olaraq bu sahədə şəffaflıq tələb edə bilərik.

Kimisə mediaya müsahibələr vermədən və ya redaksiya məqalələri dərc etmədən öncə açıqlama verməyə məcbur etmək isə bir az çətindir. Məncə bunun daha yaxşı yolu odur ki, Konqres düşüncə mərkəzlərini malliyyələşdirən ölkələrlə bağlı Konqres səviyyəsində araşdırma aparılmasını tələb etsin. Bir nümunə ölkə ilə nümunə təşkilat barədə araşdırma apararaq, donorlarla ekspertlər arasında sözləşmələrin geniş yayıldığını və bunun ABŞ-ın xarici siyasəti ilə bağlı müzakirələrə böyük təsirinin olduğunu göstərmək olar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikada öz hökumətinin imicini yaxşılaşdırmaq üçün çox sayda lobbi firmaları və sabiq siyasətçiləri işə cəlb edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikada öz hökumətinin imicini yaxşılaşdırmaq üçün çox sayda lobbi firmaları və sabiq siyasətçiləri işə cəlb edib.

Amerikanın Səsi: Amerikadakı media təşkilatları, qəzetlər, televiziya kanalları xarici hökümətlərin müstəqil ekspertlərə pul verərək nüfuzdan istifadə etdiklərindən nə dərəcədə xəbərdardır?

Bu hökümətlərdən təkcə Atlantik Şurası deyil, digər təşkilatlar da pul alır. Biz bu əməlləri işıqlandırmalıyıq.

David Fillips: Bu, sirr deyil. Media təşkilatları bunun geniş yayılmış bir hal olduğunu bilir, amma bu gizli nüfuz alış-verişinə göz yumur. Hökümətlərin dəstəklədiyi müxtəlif beyin mərkəzlərinin siyahısını göstərən şəffaflıq mexanizmi olmalıdır. Daha sonra isə ekspertlərin rəyini almaq istəyən mətbuat orqanları həmin siyahıya istinad edib, həmin ekspert və ya təşkilatın etibarlı olub-olmadığına qərar verə bilər.

Amerikanın Səsi: Bu lobbiçilik səyləri Amerika paytaxtında nə dərəcədə effektivdir? Onlar xüsusuilə də insan haqları və demokratiya məsələlərində hökümətlərinin imicini düzəltməyə nail olublarmı?

David Fillips: Əlbəttə ki, onlar bunu etməyə müvəffəq olub. “Beltvey Banditləri” sözü nahaq yerə yaranmayıb. Xarici hökümətlər keçmiş hökümət rəsmiləri, Konqres üzvlərini işə almaq, eləcə də lobbi şirkətlərindən siyasi məsləhət almaq üçün mürəkkəb strategiya inkişaf etdirib. İndi isə onlar həm də gizli olaraq beyin mərkəzlərinə pul verirlər ki, bu da həmin mərkəzlərin obyektivliyinə dair şübhə yaradır.

Atlantik Şurası kimi beyin mərkəzləri xarici hökumətlərdən böyük məbləğdə ianələr alır və xarici siyasət haqda fikirlərin formalaşmasında rol oynayırlar.
Atlantik Şurası kimi beyin mərkəzləri xarici hökumətlərdən böyük məbləğdə ianələr alır və xarici siyasət haqda fikirlərin formalaşmasında rol oynayırlar.

Amerikanın Səsi: Sizin bu məsələnin işıqlandırılamsından, xarici hökümətlərin lobbi şirkətlərinə və beyin mərkəzlərinə pul verərək, Vaşiqntonda qanunverciliyə təsir göstərməsinə ayrılan diqqət barədə nikbinsiznizmi?

David Fillips: Sizinlə bu günkü müsahibəmə görə nikbinəm. Mən digər media orqanlarının da müsahibə aldıqları insanın etibarlılığını nəzərdən keçirməsini gözləyirəm. Mən Koqres səviyyəsində Türkiyənin düşüncə mərkəzləri vasitəsilə nüfuz almasına dair istintaqın aparılması barədə Konqres üzvü ilə danışmışam. Biz bununla bağlı nə qədər çox danışsaq, Türkiyə kimi ölkələr bir o qədər az beyin mərkəzlərinə təsir göstərərək, ictimai rəy almağa çalışacaq. ABŞ-ın xarici siyasəti ilə bağlı müzakirələrdə buna yol verilməməlidir.

Azərbaycan siyasi elitası neft pullarından istifadə edərək Qərbdə nüfuz qazanmaq üçün lobbiiçilik səylərinə külli miqdarda pul sərf edib.
Azərbaycan siyasi elitası neft pullarından istifadə edərək Qərbdə nüfuz qazanmaq üçün lobbiiçilik səylərinə külli miqdarda pul sərf edib.

Amerikanın Səsi: Siz digər ölkələrin, ələlxüsus da Azərbaycanın buradakı nüfuz alış-verişinə diqqət yetrimisinizmi? Bu yaxınlarda The Guardian qəzeti Azərbaycan hökümətinin Avropadakı 3 milyard dollarlıq lobbi fəaliyyəti ilə bağlı məqalə dərc edib. Siz bu məsələ ilə maraqlanmısınızmı?

David Fillips: Mənim Guardian-ın hesabatından xəbərim var. Bilirəm ki, Azərbaycan enerji sənayesindən əldə etdiyi pullardan istifadə edərək icitmai və siyasi rəylərə təsir göstərməyə çalışır. Xarici Əlaqələr Şurasının Yaxın Şərqlə bağlı hesabat hazırladığı zaman Qətərin şuraya pul verdiyini də bilirəm. Əminəm ki, bu geniş-yayılmış bir əməldir. Bu hökümətlərdən təkcə Atlantik Şurası deyil, digər təşkilatlar da pul alır. Biz bu əməlləri işıqlandırmalıyıq. Bunun standart prosedur olmasının qarşısı alacaq qanunlar olmalıdır. Media və Amerika xalqı təkcə bu yolla infomasya mənbələrinin etibarlı olduğunu bilə bilər.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG