Accessibility links

Davos 2019 - Gözləntilər nikbin deyil


Davos 2019 - Gözləntilər nikbin deyil
please wait

No media source currently available

0:00 0:02:13 0:00

Davos 2019 - Gözləntilər nikbin deyil

Davosda keçiriləcək Dünya İqtisadi Forumu hələ başlamasa da müzakirələrin əsas diqqət mərkəzində kimlərin burada olub, kimlərin burada olmayacağı məsələsidir.

Hər il dünyanın müxtəlif yerlərindən olan hökümət, biznes və vətəndaş cəmiyyəti liderləri dünyanın qarşılaşdığı iqtisadi və başqa problemlərin müzakirəsi məqsədilə İsveçrənin qarla örtülü xizək kurortunda toplanır.

Lakin son zamanlarda yaşanan böhranların çoxluğu böyük adları bu ilki forumdan uzaq tutub.

Tramp və hökümətin bağlanması, Mey və Brexit, Makron və sarı jiletlilər.

Hətta Dünya İqtisadi Formunun qarşıdan gələn digər çətinliklərlə bağlı xəbərdarlığı da bunu dəyişməyə kömək etməyib.

"Ötən il Davosda hər şey optimizmlə bağlı idi. Hər kəs həmin ildəki ümumi vəziyyətdən razı idi. Bu il isə tam əksidir. İnsanların əksəriyyəti dünya iqtisadiyyatının tənəzzülünə səbəb olacaq iqtisadi geriləmədən narahatdır. ABŞ və Çin arasındakı ticarət gərginliyi, dünya iqtisadiyyatının yavaşladığı bir dövrdə asan pul siyasətinin tənəzzülü və s. Fond bazarlarında da vəziyyət ürəkaçan deyil. Narahatedici məsələlər çox olsa da, burada biznes liderləri və sərmayəçiləri vəziyyətin nəzarətdə çıxmayacağına inandıracaq şəxslər azdır." - deyə, Reutersin Davos Formu üzrə müxbiri Silviya Aloisi bildirib.

Böyük yeddilikdən yalnız üç ölkənin lideri foruma qatılacaq.

Yaponiyanın baş naziri Şinzo Abe, Almaniya kansleri Angela Merkel və İraliyanın baş naziri Guzeppe Konte.

Rusiya və Hindistanın dövlət başçılarının də forumda iştirakı planlaşdırılır.

İlk dəfə 2017-ci ildə prezident Şi Tsinpinin şəxsən iştirak etdiyi Davos Forumuna Çin bu il nümayəndə heyəti göndərəcək.

Builki forum Braziliyanın ifrat-sağçı yeni prezidenti Jair Bolsonaronun ilk böyük səfəri olacaq.

Bütün bu narahatlıqlara baxmayaraq, nümayəndə heyətləri üçün əsas danışıqlar və şəbəkə qurma forumun dəhlizlərində və partilərində baş tutacaq.

Buna görə də foruma qatılmaq istəyən iştirakçılar 50 min dollar iştirak haqqı ödəyirlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG