Accessibility links

Davutoglu Bosniyada siyasi və iqtisadi islahatlara çağırıb


Əhməd Davutoğlu
Əhməd Davutoğlu
Regionda nüfuzlu ölkə olan Türkiyə Bosniyada 1992-95-ci illərdə müharibədən sonra ən ciddi sosial partlayışın baş verdiyi Balkan ölkəsində siyasi və iqtisadi islahatlara çağırıb.
Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu bu çağırışla yüzlərlə nümayişçinin işsizlik, korrupsiya və siyasi durğunluğa etiraz edərək küçələrə çıxdığı vaxt Sarayevoya səfəri zamanı çıxış edib.
Avropa İttifaqının Bosniyanın əsas sponsorları olan bəzi üzvləri etiraz nümayişlərinin 1995-ci ildə əldə edimiş sülh sazişinə əsasən hakimiyyətin bölüşdürülməsi prinsipi ilə yaradılmış idarəçilik sisteminin illərdir çürüdüyünə işarə edən siqnal olduğunu bildirib.


Avropa İttifaqının xarici siyasət idarəsinin başçısı Ketrin Eştonun Bosniyanın inteqrasiyasını intensivləşridmək çağırışlarının edildiyi bir vaxt, gələn həftə Sarayevoaya səfər edəcəyi gözlənilir.
Sarayevoda olan Əhməd Davutoğlu deyib: "Bu gün Bosniyada iş görmək vaxtıdır və biz bundan artıq gözləyə bilmərik. Bosniyanın siyasi və iqtisadi islahatlar formasında təcili olaraq beynəlxalq yardıma ehtiyacı var".
Mərkəzi hökumətin səlahiyyətlərinin məhdud olduğu Bosniya müsəlman bosnyaklar və xorvatların əksrəiyyət təşkil etdiyi muxtar federasiya və muxtar serb respblikasından ibarətdir. Burada hər üç etnik qrupu təmsil edən üç nümayəndədən ibarət prezidentlik sistemi mövcuddur.

Türkiyə etirazların əsas iştirakçısı olan bosnyaklar arasında böyük nüfuza malikdir. Bosniya da daxil olmaqla, Balkanların böyük hissəsi Osmanlı impertorluğunun tərkibinə daxil idi.


Şübhələr və qəzəb
Pravoslav xristian olan Bosniya serbləri və katolik xorvatlar Türkiyənin bosnyakların Sarayevoda hakimiyyətin mərkəzləşdirilməsi istəyini dəstəklədiyinə inanaraq, ölkənin roluna şübhə ilə yanaşır. Onlar mərkəzləşmənin əleyhinədir.
Vaxtı ilə böyük sənaye mərkəzi olan Tuzla şəhərində fabrikin bağlanmasından qəzəblənən nümayişçilər keçən həftə şəhərdə, eləcə də Sarayevo və başqa iki şəhərdə hökumət binalarını yandırıb. Polis və nümayişçilər arasında toqquşma indiyə qədər görünməmiş sosial iğtişaş kimi qiymətləndirilir. Bir neçə yüz adam yaralanıb, onların çoxu polis işçiləridir.
Zorakılıqlar sakitləşib, lakin kiçik qrup etiraz aksiyasını davam etdirir.
Böhran Bosnyak-Xorvat Federasiyasında 10 yerli icra hakimiyyətinin işinin dayanmasına gətirib çıxarıb. Etirazçılar indi hökumətin istefasını tələb edir.
İğtişaşlar ölkə iqtisadiyyatının durumu, 27 faiz təşkil edən işsizlik və 1995-ci ildə Deyton sülh sazişinə əsasən yaradılmış siyasi sistemin yararsız olması ilə bağlı sosial narazılığın mövcudluğunu nümayiş etdirir.

Türkiyə xarici işlər naziri Deyton sülh sazişini müharibənin sona çatdırılmasında olduqca böyük əhəmiyyət daşıdığını deyib, lakin o eyni zamanda mövcud sistemin artıq ölkənin funksiya göstərməsi qarşısında maneə yaratdığını bildirib.

Britaniyanın Xarici İşlər naziri Vilyam Heyq də Bosniyaya yardım etmək üçün Avropa İttifaqının səylərinin yeniləşdirilməsinə çağırıb.

Serb və xorvat nümayəndə ilə ölkə prezidentinin səlahiyyətlərini rotasiya üzrə icra edən bosnyak Bakir İzzetbeqoviç Ketrin Eştonun Sarayevoya Avropa İttifaqının genişləndirilməsi üzrə komissarı Stefan Füle ilə səfər edəcəyini bildirib. Bosniya Avropa İttifaqı və NATO-ya üzv olmağı arzu edir.
Qəzəb aksiyası kimi qiymətləndirilən etiraz aksiyalarının qarşısını almaq üçün nümyişçilərin qeyri-formal liderləri tələblərini rəsmi şəkildə təqdim etmək üçün Vətəndaş Assambleyası yaratmağa çağırılıblar.
XS
SM
MD
LG